MHL-də həlledici mərhələnin görüşləri davam edir
Bakı, 13 avqust, AZƏRTAC
Milli Hokkey Liqasında (MHL) həlledici mərhələnin görüşləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Torontoda keçirilən “Boston Bruins” -“Karolina Harrikeyns” qarşılaşması gərgin mübarizə ilə yadda qalıb. Hər 3 periodda tərəflər hərəyə bir dəfə fərqləniblər. Nəticədə görüşün əsas vaxtı 3:3 hesablı heç-heçə ilə başa çatıb. Overtaymda isə “Boston Bruins” qələbə qolunu vurmağa nail olub.
Beləliklə, 4:3 hesabı ilə qalib gələn “Boston Bruins” seriyada ilk qələbəsini qazanıb.
Bu arenada keçirilən digər matçda “Vaşinqton Kapitals” klubu “Nyu-York Aylenders” ilə üz-üzə gəlib. Matçın gedişində paytaxt klubu 2:0 hesabı ilə önə keçib. Amma qalan vaxtda Nyu-York komandası ardıcıl 4 qol vuraraq əzmkar qələbə qazanıb. Bu, “Nyu-York Aylenders”in seriyada ilk qələbəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]