QAN YADDAŞI
Milli Aviasiya Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
![](/files/galleryphoto/2023/1/1200x630/16772423793707815898_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423793153924150_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677242379822057264_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1677242379520752122_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423796503812712_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423793740347251_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16772423793047455359_1200x630.jpg)
Bakı, 24 fevral, AZƏRTAC
Fevralın 24-də "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyasının (MAA) nəzdində fəaliyyət göstərən Heydər Əliyev Xatirə Muzeyində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Aviasiya Akademiyasının müəllim və tələbə heyəti iştirak edib.
Dövlət Himni səsləndirildikdən sonra, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra muzeyin əməkdaşı Rübabə Əbiyeva çıxış edərək ermənilərin əsrlər boyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçı siyasəti, soyqırımı aktları haqqında geniş məlumat verib. Tədbirin davamında Mülki Aviasiya Muzeyinin sifarişi ilə İctimai televiziyanın "Carçı film" studiyası tərəfindən Qarabağ müharibəsində qəhrəmanlığı ilə fərqlənmiş veteran mülki təyyarəçilərimizə həsr olunmuş "Torpaq, səma, od" adlı sənədli film təqdim olunub.
Tədbirin yekununda MAA-nın “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı h.f.d., dosent Nazim Nağıyev Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması üçün dövlətimizin göstərdiyi səylərlə bərabər hər bir Azərbaycan vətəndaşının da bütün imkanlarını səfərbər etməsi zəruriliyini bir daha öz çıxışında vurğulayıb.