Milli komanda beynəlxalq elm yarışında 4 gümüş və 2 bürünc medal qazanıb
Bakı, 2 dekabr, AZƏRTAC
Rusiyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2025) Azərbaycan məktəbliləri yüksək nəticə əldə ediblər. Bu nüfuzlu yarışda Rusiya, Çin, Hindistan, Macarıstan, Serbiya, Tailand və digər ölkələrdən güclü komandalar iştirak ediblər. Altı nəfərdən ibarət milli komandamız ümumilikdə 4 gümüş və 2 bürünc medal qazanaraq iştirakçı ölkələr sırasında 5-ci yerə layiq görülüb.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi Rəsul Şahverdiyev, Masazır kənd 3 nömrəli tam orta məktəbin X sinif şagirdi Oğuz Əlili, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Mikayıl İbrahimli və həmin liseyin IX sinif şagirdi Mehdi Həbibzadə gümüş medal qazanıblar.
BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin IX sinif şagirdi Fidan Həşimova, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin X sinif şagirdi Hidayət Quliyev isə bürünc medal əldə ediblər.
Xatırladaq ki, ötən tədris ilində Azərbaycan komandası bu olimpiadadan 6 bürünc medal qazanmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]
Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir
- 29.09.2026 [15:17]
Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib
- 29.09.2026 [13:24]
Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub
- 29.09.2026 [13:09]