Milli Komandaların Təlim-Məşq Mərkəzində meydanın ot örtüyü yenilənib
Bakı, 2 may, AZƏRTAC
AFFA tərəfindən Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində məşq meydanının süni ot örtüyünün yenilənməsi işləri başa çatıb.
Bu barədə AZƏRTAC-a milli assosiasiyadan məlumat verilib.
Bildirilib ki, yeni quraşdırılmış ot örtüyü ən son müasir standartlara cavab verir.