MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA KOMİTƏSİNİN İCLASINDA İŞTİRAK EDƏCƏK
Milli Məclisin deputatı Bəxtiyar Əliyev Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və əhali məsələləri komitəsinin iclasında iştirak etmək üçün noyabrın 3-də Cenevrəyə yola düşəcəkdir.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Cənubi Qafqazda qaçqın və məcburi köçkünlərlə bağlı sənəd, deportasiya edilmiş məhsəti türklərinin vəziyyəti, kütləvi deportasiyaya uğramış şəxslərə aid Xatirə mərkəzinin yaradılması və digər məsələlər müzakirə ediləcəkdir.
Deputatımız yığıncaqda çıxış edəcək, gündəlikdəki məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcəkdir.
Səfər noyabrın 7-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:38]
“Azərbaycan parlamentarizmi tarixində qadınlar”: dünəndən bu günə YENİLƏNİB
- 05.10.2026 [11:17]
Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
- 05.10.2026 [11:03]
Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb
- 03.10.2026 [20:32]
Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir
- 03.10.2026 [19:05]