Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 31 məsələ müzakirə edilib

Bakı, 17 fevral, AZƏRTAC

Fevralın 17-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Türkiyədə təbii fəlakət səbəbindən dünyasını dəyişmiş insanların - bacı və qardaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onlara Allahdan rəhmət diləkləri ifadə olunub, həlak olanların ailələrinə və yaxınlarına, qardaş türk xalqına dərin hüznlə başsağlığı verilib, zəlzələ nəticəsində xəsarət almış insanlara şəfa arzulanıb.

Milli Məclis sədri diqqətə çatdırıb ki, baş vermiş dəhşətli zəlzələni xalqımız öz faciəsi kimi qəbul edir və fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər edib. Həm dövlətlərarası, həm dövlət başçıları, həm də insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycanla Türkiyənin “bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut edir.

Sahibə Qafarova onun rəhbərliyi ilə nümayəndə heyətlərinin fevralın 6-dan 8-dək Misir Ərəb Respublikasına, fevralın 9-dan 11-dək Cənubi Afrika Respublikasına və fevralın 13-14-dək Rusiya Federasiyasına etdikləri rəsmi səfərlərinin əsas məqamları barədə qısa məlumat verib.

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Çıxışlarda Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin və xalqının qardaş ölkənin yanında olduğu bildirilib. Prezidentin tapşırığı ilə ölkəmizdə operativ surətdə təşkil olunan humanitar yardım kampaniyaları, xilasedicilərimizin aparılan əməliyyatlarda yaxından iştirakı təqdirəlayiq hesab olunub. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən qardaş ölkəyə göndərilən yardım xüsusi qeyd edilib. Bildirilib ki, Milli Məclis də öz növbəsində fəal şəkildə yardım kampaniyasına qoşularaq, Türkiyə xalqına öz dəstəyini nümayiş etdirib.

Deputatlar öz çıxışlarında bir sıra digər aktual məsələlərlə də bağlı fikirlərini bölüşüblər.

Milli Məclisin deputatı Elman Məmmədov çıxış edərək, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində ermənilərin dinc əhaliyə qarşı törətdiyi soyqırımı barədə danışıb. O, 188 nəfər kənd sakininin 66 nəfərinin vəhşicəsinə qətlə yetirildiyini söyləyib. Qeyd edib ki, Qaradağlı kəndində baş vermiş soyqırımına hüquqi-siyasi qiymət verilməlidir.

Bugünkü iclasda 31 məsələnin müzakirə ediləcəyini diqqətə çatdıran Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, gündəliyin ilk 3 məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqında qanun layihələridir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul edilməlidir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Bildirilib ki, Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Memorandumun məqsədi tərəflərin öz dövlətinin verdiyi sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların digər ölkəyə səfər edərkən və yaxud orada yaşayarkən hərəkətini asanlaşdırmaqdır. Memoranduma əsasən, yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlar isə verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət etdikdə, həmin vətəndaşlar nəzəri və praktiki imtahandan azad edilirlər.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədlə bağlı bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsi ilə əlaqədar məlumat verib.

Diqqətə çatdırılıb ki, Saziş 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb. Saziş preambuladan, 26 maddədən və onun ayrılmaz tərkib hissəsi olan 9 əlavədən ibarətdir. Sazişin müvafiq maddələrində readmissiyanın təsiri altına düşən subyektlərin dairəsi, onlara aid olan məlumatlar, readmissiya prinsipləri, müraciətin edilməsi qaydaları, ötürülmə üsulları, fərdi məlumatların mühafizəsi və səlahiyyətli orqanların dairəsi müəyyən edilir. Sazişdə əks olunan mühüm məsələlər sırasında, həmçinin birgə readmissiya komitəsinin yaradılması da nəzərdə tutulub.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin əhəmiyyətini qeyd edib və sənəd barədə komitənin müsbət rəy verdiyini bildirib.

Müzakirələr zamanı komitə sədri Siyavuş Novruzov, deputatlar Fəzail Ağamalı, Aydın Mirzəzadə çıxış edərək bəzi fikirlərini səsləndiriblər.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Serbiya Respublikasının Tikinti, Nəqliyyat və İnfrastruktur Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsini diqqətə çatdırıb.

Bildirilib ki, Anlaşma Memorandumu 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb. Memorandum preambula və 12 maddədən ibarət olmaqla, 5 il müddətinə bağlanılır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı altı ay qalmış onu ləğv etmək niyyəti barədə yazılı şəkildə diplomatik kanallar vasitəsilə digər tərəfə məlumat vermədiyi təqdirdə, o avtomatik olaraq növbəti beş il müddətində qüvvədə qalır.

Sənəd barədə Səməd Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəyini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra parlamentin sədri diqqətə çatdırıb ki, gündəliyin 4-cü məsələsindən başlayaraq, növbəti 13 məsələ Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. O, qeyd edib ki, 12 məsələ, yəni 4-cü məsələdən 15-ci məsələyədək olan qanun layihələri müvafiq Konstitusiya Qanununun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək. Belə ki, 97 qanunun, qanunlarla təsdiq edilmiş 1 Nizamnamənin və 3 Əsasnamənin “Media haqqında” Qanuna uyğunlaşdırılması nəzərdə tutulur.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli həmin məsələlər barədə danışıb.

Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Prosessual Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində və Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, 2000-ci il 14 aprel tarixli 859-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamə”də, 2005-ci il 3 may tarixli 903-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi”ndə və 2005-ci il 3 may tarixli 906-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Müflisləşmə və iflas haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Mülki müdafiə haqqında”, “Qrant haqqında”, “Hidrometeorologiya fəaliyyəti haqqında” və “Uşaq hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Məlumat azadlığı haqqında”, “Nəşriyyat işi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında”, “Telekommunikasiya haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Dini ekstremizmə qarşı mübarizə haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Hərbi vəziyyət haqqında”, “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında”, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında”, “Məşğulluq haqqında”, “Hesablama Palatası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında”, “Psixoloji yardım haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” və “Turizm haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “İpoteka haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Dərman vasitələri haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Dövlət borcu haqqında”, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Coğrafi obyektlərin adları haqqında”, “Avtomobil nəqliyyatı haqqında”, “Arıçılıq haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”, “Fərdi məlumatlar haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında” və “İnvestisiya fondları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Lotereyalar haqqında”, “Elektron imza və elektron sənəd haqqında”, “Ovçuluq haqqında”, “Fövqəladə vəziyyət haqqında”, “Mühasibat uçotu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Məlumat toplularının hüquqi qorunması haqqında”, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında”, “Torpaq bazarı haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Milli arxiv fondu haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Su təchizatı və tullantı suları haqqında” və “Taxıl haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Sərhəd mühafizə orqanları haqqında”, “Daxili qoşunların statusu haqqında”, “Rəsmi statistika haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Haqsız rəqabət haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” və “Xüsusi iqtisadi zonalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, “Yerli rəy sorğusu haqqında”, “Avtomobil yolları haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət satınalmaları haqqında”, “Gənclər siyasəti haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında”, “Tənzimlənən qiymətlər haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədlər haqqında ümumi məlumat verib.

Əli Hüseynli bildirib ki, gündəliyin 4 - 15-ci məsələləri olan bu qanun layihələri 2021-ci il 30 dekabr tarixində qəbul edilmiş "Media haqqında" Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar hazırlanıb. O, bu qanunla “media”, “televiziya və radio” və “proqram” anlayışlarının artıq qüvvədə olduğunu və bununla əlaqədar olaraq təqdim olunan layihələrdə adları çəkilən bütün Məcəllə və qanunlarda uyğunlaşdırma xarakterli dəyişikliklərin nəzərdə tutulduğunu deyib.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov rəhbərlik etdikləri komitələrin təqdim olunan sənədlər barədə rəylərini diqqətə çatdırıblar.

Müzakirələr zamanı deputatlar Sahib Alıyev, Tahir Kərimli, Etibar Əliyev çıxış edərək, məsələlərlə bağlı fikirlərini açıqlayıblar.

Sonra təqdim olunan qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 4 məsələsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını bildirib.

Parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) də diqqətə çatdırıb. O, bildirib ki, bu məsələ də “Media haqqında” Qanunun icrası ilə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Məcəllədə “kütləvi informasiya vasitələri” sözü “media” sözü ilə əvəz edilir.

Sənədə əsasən, Məcəllənin bir sıra maddələri ilə tənzimlənən xətalar ümumiləşdirilərək, vahid 381-ci maddədə verilir və həmin maddənin bəndlərində “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq, yeni dispozisiyalar yaradılır, sanksiyalarda isə hər hansı bir dəyişiklik edilməyib.

Komitə sədri Zahid Oruc, deputat Fazil Mustafa məsələ ilə bağlı bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirilib ki, "Media haqqında" Qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətinin stimullaşdırılması nəzərdə tutulur. Buna uyğun olaraq, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur.

Layihəyə əsasən, media subyektlərinin öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunur. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaqdır və audiovizual media subyektlərinə şamil olunmur.

Qeyd edilib ki, Qanunun qəbul edilməsi Azərbaycanda media subyektlərinin iqtisadi dayanıqlılığının daha da artmasına imkan yaradacaq.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri gündəliyin növbəti iki məsələsinin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev həmin məsələləri - “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihələrini təqdim edib. Bildirib ki, "Sosial sığorta haqqında” Qanunun 5 maddəsinə 22, "İşsizlikdən Sığorta haqqında" Qanunun 3 maddəsinə 7 dəyişiklik təklif olunur. Dəyişikliklər Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun investisiya fəaliyyətinə hüquqi təminatlar yaratmaq məqsədi ilə hazırlanıb. O qeyd edib ki, investisiya fəaliyyəti nəticəsində sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılmasına, əlavə gəlir mənbəyinin formalaşdırılmasına, məşğulluq, peşə hazırlığı, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına dəstək göstərmək imkanı yaranacaq.

Diqqətə çatdırılıb ki, adıçəkilən qanunlara sərbəst vəsait və investisiya gəliri anlayışlarının əlavə edilməsi təklif olunur. Sərbəst vəsait adları çəkilən Fondların büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq hesab olunur ki, bu da investisiyaya yönəldilə bilər. İnvestisiya gəliri dedikdə isə, investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.

Təklif edilən dəyişikliyə əsasən, investisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Azərbaycan Respublikasının Mərkəzi Bankında açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq. Yaradılacaq sərbəst vəsait və investisiya gəlirləri sosial ödəmələrə, məşğulluq və sosial müdafiə sahəsində islahatların aparılmasına yönəldiləcək.

Qeyd edilib ki, "Sosial sığorta haqqında" Qanunda ayrıca anlayışlar maddəsi olmadığından və müxtəlif maddələrdə anlayış müəyyən edən normalar nəzərdə tutulduğundan, anlayışlarla bağlı tənzimləmə vahid maddədə birləşdirilərək, Qanunun 1-ci maddəsi yeni redaksiyada verilir. Bununla bağlı olaraq, digər maddələrdə anlayış nəzərdə tutan normaların ləğv edilməsi təklif edilir, habelə müvafiq dəyişikliklə əlaqədar olaraq, layihədə “keçid müddəa” qeyd olunur.

Bildirilib ki, layihədə İşsizlikdən Sığorta Fondunun büdcədənkənar dövlət fondu kimi anlayışının müəyyən edilməməsi ilə bağlı hüquqi boşluq da aradan qaldırılaraq tərifi açıqlanır. Belə ki, qanun layihəsinə təklif olunan 2.0.15-ci maddəyə görə İşsizlikdən Sığorta Fondu - dövlətin mülkiyyətində olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən idarəçiliyi həyata keçirilən və dövlət büdcəsindən kənar müstəqil büdcəyə malik olan məqsədli dövlət maliyyə fondudur.

Komitə sədri təklif olunan dəyişikliklərin DSMF və Dövlət Məşğulluq Agentliyinə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını, sərbəst vəsaitlərin dəyərinin qorunub saxlanılmasını və nəticədə əlavə gəlir mənbəyi vasitəsilə işsizlikdən sığorta və pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, məşğulluq, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan yaradacağını söyləyib.

Fasilədən sonra təqdim olunan qanun layihələri ətrafında müzakirələr aparılıb.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin digər 12 məsələsi ikinci oxunuşda olan qanun layihələridir. O qeyd edib ki, növbəti iki məsələ ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə yaxın olan qanun layihələridir.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Bildirib ki, layihə mülki hüququn institutu olaraq borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin mülki qanunvericilik çərçivəsində tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bu komitənin qanun layihəsi ilə bağlı müsbət rəy verdiyini söyləyib.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, layihə "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Belə ki, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlara müvafiq uyğunlaşdırıcı müddəa əlavə edilir. Ailə Məcəlləsində isə dəqiqləşdirmə xarakterli düzəliş edilərək "kredit idarələri" ifadəsi "kredit təşkilatları" ifadəsi ilə əvəz olunur. Layihəyə dair heç bir əlavə rəy və təklifin olmadığı qeyd edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu sənədlə bağlı həmin komitələrin müsbət rəylərini diqqətə çatdırıblar.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Fövqəladə vəziyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, təklif edilən dəyişikliyə əsasən, "Fövqəladə vəziyyət haqqında" Qanuna sosial xarakterli fövqəladə mühit rejiminin hüquqi əsaslarını müəyyən edən yeni fəslin əlavə olunması nəzərdə tutulub.

Bir sıra deputatlar sənədlə bağlı bəzi qeydlərini səsləndiriblər. Komitə sədri Ziyafət Əsgərov millət vəkilləri tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib və qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirilib ki, layihə ölkə Prezidentinin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"da nəzərdə tutulan məqsədlərin həyata keçirilməsinə xidmət edir. Sənəddə əks olunan dəyişikliklər mahiyyətcə, əsasən, maddi-hüquqi xarakter daşıyır və dövlət qulluğu haqqında qanunvericiliyin “Normativ hüquqi aktlar haqqında” Qanunun tələblərinə uyğunluğunu təmin edir. Dəyişikliklərin əksəriyyətinin qanunvericilik texnikası tələblərinin təmin edilməsi istiqamətində olduğu qeyd edilib.

Nizami Səfərov qanun layihəsi ilə bağlı irəli sürülən təkliflərin qanunvericilik təşəbbüsü subyekti ilə 3-cü oxunuşadək müzakirə ediləcəyini söyləyib.

Müzakirələrdə deputat Etibar Əliyev bəzi qeydlərini səsləndirib.

Deputat Nizami Səfərov səsləndirilən fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə bağlı olan qanun layihələridir.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini təqdim edib. O, bu qanun layihələrinin birinci oxunuşu zamanı deputatlardan heç bir irad və təklifin daxil olmadığını deyib.

Hər iki sənəd "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2021-ci il 15 iyul tarixli Fərmanının icrası çərçivəsində kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə sahəsində mövcud problemlərin aradan qaldırılması, torpaqların icarəyə və istifadəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və bu sahədə nəzarətin gücləndirilməsi məqsədilə hazırlanıb.

Deputatlar məsələ ilə bağlı fikirlərini açıqlayıblar.

Komitə sədri səsləndirilən məsələlərə münasibət bildirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri deyib ki, növbəti üç məsələ də ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə bağlıdırlar. O qeyd edib ki, hər üç məsələyə - Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş), Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrinə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb.

Sonra komitə sədri Tahir Mirkişili həmin məsələləri təqdim edib. O bildirib ki, hər üç qanun layihəsi ölkəmizdə nəqliyyat siyasətinin təkmilləşdirilməsini, habelə tranzitlə keçən beynəlxalq daşımalar zamanı dövlət siyasətinin vahid bir mərkəzdən idarə olunmasını özündə ehtiva edir. Qeyd edilib ki, Gömrük Məcəlləsinə edilən dəyişikliklər gömrük orqanlarından kvotadan kənar icazə blanklarının verilməsi səlahiyyətlərinin ləğv edilməsini, Vergi Məcəlləsinə edilən dəyişikliklər təhlükəli yüklərlə bağlı bütün vergilərin ləğv olunmasını, “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər isə kvotadan kənar verilən icazə blankları üçün tələb olunan bütün dövlət rüsumlarının ləğvini özündə əks etdirir.

Hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sədr Sahibə Qafarova növbəti iki məsələnin də ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu və bir-birinə bağlı olduğunu söyləyib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri ilə bağlı məlumat verib.

Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” Qanuna təklif olunan dəyişikliklər iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət etməsinə icazənin verilməsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin aidiyyəti dövlət qurumunun avtonəqliyyat vasitələri ilə müşayiət olunmasının təmin edilməsi, habelə onların hərəkət marşrutunun müəyyən olunması mexanizminin tənzimlənməsi məqsədi daşıyır.

Qeyd olunub ki, "Avtomobil nəqliyyatı haqqında" Qanunda edilən dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna təklif edilən dəyişikliklərdə ümumi istifadədə olan avtomobil yolları ilə iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin verilməsi üçün dövlət rüsumunun məbləğinin müəyyən edilməsi nəzərdə tutulub.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sonuncu məsələni - Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

Bildirilib ki, qanun layihəsi ölkəmizin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında" 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə qoşulması ilə bağlıdır. Dəyişiklik Əmək Məcəlləsinin 220-ci maddəsinə yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur. Əlavəyə əsasən, əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub