Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin plenar iclasında 33 məsələ müzakirə edilib

Bakı, 23 iyul, AZƏRTAC

İyunun 23-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının daha bir iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, gündəliyə keçməzdən əvvəl Sahibə Qafarova deputatlara iyunun 19-dan 21-dək onun rəhbərliyi ilə nümayəndə heyətinin Avstriya Respublikasına rəsmi səfəri haqqında qısa məlumat verib.

Gündəliyin təsdiqindən sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Deputatlar Elnur Allahverdiyev, Fazil Mustafa, Elman Nəsirov, Sevinc Hüseynova, Sahib Alıyev, Tural Gəncəliyev, Arzu Nağıyev, Razi Nurullayev, Ceyhun Məmmədov, Azər Badamov, Aqil Abbas, Etibar Əliyev çıxış edərək Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxsin kənd ərazisində süni gölün tikintisinə etirazı zamanı baş verənlərə münasibət bildiriblər və gündəmdə olan bəzi mövzularla bağlı fikirlərini səsləndiriblər.

Deputatlar Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılmasını və mövcud vəziyyətin qiymətləndirilməsini təmin etmək üçün hökumət komissiyasının yaradılmasının hadisələrin obyektiv araşdırılmasına xidmət etdiyini vurğulayıblar. Hadisələrdən öz məkrli niyyətləri üçün yararlanmağa çalışanların hərəkətlərini pisləyərək bildiriblər ki, sosial şəbəkələrdə məsuliyyətsiz, qızışdırıcı şərhlər yazan şəxslərin və hadisələrdən öz məkrli niyyətləri üçün istifadə etməyə çalışan dairələrin əsas hədəfi nifaq salmaqdır.

Sonra Sahibə Qafarova diqqətə çatdırıb ki, bugünkü iclasda 33 məsələ müzakirəyə çıxarılıb. O qeyd edib ki, gündəliyin ilk 2 məsələsi üçüncü oxunuşda olan qanun layihələridir. Milli Məclisin sədri birinci məsələ olan Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) Əmək və sosial siyasət komitəsində baxıldığını deyib və sənədlə bağlı məlumat vermək üçün sözü komitə sədri Musa Quliyevə təqdim edib. Musa Quliyev diqqətə çatdırıb ki, Əmək Məcəlləsinin 64-cü maddəsinə təklif olunan dəyişikliklər barədə birinci və ikinci oxunuşlarda ətraflı məlumat verilib, ötən müddət ərzində qanun layihəsi ilə bağlı komitəyə təkliflər, digər fərqli rəylər daxil olmayıb və layihənin mətnində dəyişiklik edilməyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Gündəliyin ikinci məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb. Sənəd barədə birinci və ikinci oxunuşlarda geniş məlumatın verildiyini qeyd edən birinci vitse-spiker layihədə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə, xüsusilə narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə etməklə idarə edilməsinə görə inzibati məsuliyyətin sərtləşdirilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin 3-cü məsələsindən başlayaraq növbəti 27 qanun layihəsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğunu deyib. O diqqətə çatdırıb ki, bu qanun layihələri bank işi sahəsində tənzimləmənin və nəzarətin təkmilləşdirilməsi, maliyyə bazarlarının sabitliyinin təmin olunması və bu sahədə xidmətlərdən istifadə edənlərin hüquqlarının qorunması ilə bağlıdır. Parlamentin sədri ikinci oxunuşda müzakirəyə təqdim olunan qanun layihələrinə parlamentin üç komitəsində baxıldığını söyləyib və əvvəlcə komitələrin təqdimatlarını dinləməyi, sonra müzakirələrin birgə aparılmasını təklif edib. Sahibə Qafarova diqqətə çatdırıb ki, bu 27 məsələdən 20-nə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində baxılıb və həmin layihələrlə bağlı məlumat vermək üçün komitənin sədri Tahir Mirkişiliyə söz verib.

Tahir Mirkişili gündəlikdəki 20 məsələ - “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Banklar haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, eyni zamanda, “Banklar haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 140-VQD nömrəli, “Bank olmayan kredit təşkilatları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 141-VQD nömrəli, “Kredit ittifaqları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 142-VQD nömrəli, “Poçt haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 143-VQD nömrəli, “Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 144-VQD nömrəli, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 145-VQD nömrəli və “İnvestisiya fondları haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 4 mart tarixli 146-VQD nömrəli qanunlarında dəyişiklik edilməsi haqqında, həmçinin “Bank olmayan kredit təşkilatları haqqında”, “Kredit ittifaqları haqqında”, “Poçt haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Kredit büroları haqqında”, “Valyuta tənzimi haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Hesablama Palatası haqqında”, “Mühasibat uçotu haqqında”, “Dövlət satınalmaları haqqında” və “Auditor xidməti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumatı diqqətə çatdırıb.

Komitə sədri bildirib ki, təqdim olunan qanun layihələri Azərbaycan Prezidentinin "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" 2019-cu il 28 noyabr tarixli Sərəncamına uyğun olaraq hazırlanıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilir.

Dəyişikliklərin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyasının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi və vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır. Komitə sədri, həmçinin Milli Məclisin sədrinin tapşırığına əsasən, dəyişikliklərin geniş ictimaiyyətə çatdırılması ilə bağlı görülən işlərdən danışıb.

Sonra Sahibə Qafarova bildirib ki, 6 məsələyə - 5-ci, 7-ci, 21-ci, 26-cı, 28-ci və 29-cu məsələlərə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılıb. O, layihələrə dair məlumat vermək üçün sözü Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənova təqdim edib.

Nurlan Həsənov uyğunlaşdırma və dəqiqləşdirmə xarakterli dəyişikliklərin nəzərdə tutulduğu Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Publik hüquqi şəxslər haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “İcra haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri ilə əlaqədar bildirib ki, məsələlərə dair birinci oxunuşda ətraflı məlumat verilib və sənədlərlə bağlı komitəyə heç bir irad və təklif daxil olmayıb.

Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov gündəliyin 20-ci məsələsi - “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşundan sonra komitəyə heç bir irad və təklif daxil olmadığını bildirib və həmkarlarından qanun layihəsini ikinci oxunuşda da dəstəkləməyi xahiş edib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edilən son 7 qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Qanun layihələrinin müzakirələrində deputatlar Vahid Əhmədov, Razi Nurullayev, Əli Məsimli, Sədaqət Vəliyeva, Aqil Abbas çıxış edərək sənədlərlə bağlı fikirlərini və bəzi qeydlərini səsləndiriblər.

Milli Bankın sədri Taleh Kazımovun deputatların qanun layihələri ilə bağlı qaldırdıqları məsələlərə, səsləndirdikləri suallara ətraflı izahatı dinlənildikdən sonra 27 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 4 məsələsinin birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihələri olduğunu diqqətə çatdırıb.

İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. O, bildirib ki, layihə səhiyyə və tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirləri və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Qeyd edilib ki, layihədə dünya təcrübəsi əsas götürülərək dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması nəzərdə tutulub. Dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən, beynəlxalq qeydiyyatı tanınaraq onların dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılıb, sadələşdirilib və qeydiyyat prosedurlarının müddətləri qısaldılıb. Dərman vasitələrinin Azərbaycana gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişləndirilib və bütövlükdə qeydiyyat prosesi sürətləndirilib.

Nəzərə çatdırılıb ki, sənəddə dərman vasitələrinin dövriyyəsinə nəzarəti təmin etmək məqsədilə Səhiyyə Nazirliyi tərəfindən aparılan elektron təqib və izləmə sisteminin tətbiq edilməsi, dərman vasitələrinə reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi nəzərdə tutulub. Layihəyə əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan olunur.

Bildirilib ki, ümumilikdə qanun layihəsində 7 istiqamət üzrə dəyişikliklər nəzərdə tutulub, 4 yeni maddənin əlavə olunması və 11 maddə üzrə 86 dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliklərin qəbul edilməsi dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılmasına, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin artmasına, ölkədə yarana biləcək dərman qıtlığının aradan qaldırılmasına, o cümlədən dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsinə səbəb olacaqdır.

Komitə sədrləri Tahir Mirkişili, Qənirə Paşayeva, deputatlardan Tahir Kərimli, Etibar Əliyev, Azər Badamov, Razi Nurullayev, Rəşad Mahmudov çıxış edərək, məsələ barədə fikirlərini açıqlayıblar, bəzi təkliflərini səsləndiriblər.

Parlamentin komitə sədri Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Rasim İsmayılov çıxışlara münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.

Milli Məclis sədrinin birinci müavini bildirib ki, qanun layihəsi "Siyasi partiyalar haqqında" 2022-ci il 16 dekabr tarixli Qanunun icrası ilə bağlı hazırlanıb. Sənəddə həmin qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilməsi nəzərdə tutulub. Qeyd edilib ki, Məcəllənin yeni redaksiyada təqdim edilmiş 184-cü maddəsində adıçəkilən qanuna uyğun olaraq müvafiq düzəlişlər aparılıb.

Komitə sədri Siyavuş Novruzov, deputat Tahir Kərimli məsələ barədə fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Konstitusiya Məhkəməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, qanunun 4 maddəsinə dəyişiklik edilməsi təklif olunur. Dəyişikliklər mövcud normaların qanunvericilik sisteminə uyğunlaşdırılması və təkmilləşdirilməsi məqsədi ilə hazırlanıb.

Diqqətə çatdırılıb ki, qanunun 11-ci maddəsinə təklif olunan dəyişiklik Konstitusiya Məhkəməsinin hakimlərinə aid yaş senzi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasını, 32-ci və 34-cü maddələrə dair dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən sorğu və şikayətlərə baxılması şərtlərinin dəqiqləşdirilməsini, 35-ci maddəyə təklif olunan dəyişiklik isə Konstitusiya Məhkəməsinə verilən sorğu, müraciət və şikayətlərə qoşulan sənədlərin siyahısına sorğu və müraciətlərlə əlaqədar şərh edilməsi xahiş olunan normativ hüquqi aktın surətinin əlavə edilməsini nəzərdə tutur.

Deputat Əminə Ağazadə məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə danışıb. Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş layihədə bu qanuna 1.4-cü maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, “Azərbaycan Respublikasının səlahiyyətli orqanı” dedikdə, Azərbaycan Respublikasının Baş Prokurorluğu və müvafiq icra hakimiyyəti orqanı nəzərdə tutulur. Bununla yanaşı, qanunun bir sıra maddələrində “müvafiq icra hakimiyyəti” sözləri “səlahiyyətli” sözü ilə əvəz edilir.

Deputat Etibar Əliyev sənədlə bağlı bəzi qeydlərini söylədikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü iclası başa çatıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq