MİLLİ RADİOMONİTORİNQ SİSTEMİNİN QURAŞDIRILMASI ÜZRƏ TƏKLİFLƏR MÜƏYYƏNLƏŞDİRİLİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Dövlət Radiotezliklər İdarəsi (DRİ) bu ilin sonunadək ölkənin efir məkanını qorumağa imkan verəcək milli radiomonitorinq sisteminin quraşdırılması üzrə təklifləri müəyyənləşdirməyi planlaşdırmışdır.
Sistemin yaradılması bir neçə il davam edəcəkdir. Bunun vasitəsilə tezliklərin səmərəli istifadəsi, elektron vasitələrin qeydiyyatı və uçotu, qeydiyyatdan kənar istifadənin, efir üzərində nəzarətin, efir müdaxiləsinin qarşısının alınması təmin ediləcəkdir.