Milli Xalça Muzeyi “Səlcuq dövrü keramikası” mövzusunda mühazirə təşkil edib
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Xalça Muzeyi tanınmış mütəxəssislərin müxtəlif mövzulara həsr olunmuş mühazirələrini təşkil etməyə davam edir.
Muzeydən AZƏRTAC-a bildirilib ki, növbəti mühazirə elmlər doktoru Tarix Dostiyevin iştirakı ilə “Səlcuq dövrü keramikası” mövzusuna həsr olunub.
Mühazirədə XI-XII əsrlərdə müsəlman mədəniyyətinin inkişafında önəmli rol oynamış Səlcuq türklərinin hakimiyyəti dövründə yüksək inkişaf edən sənət sahələrindən birinin - bədii keramikanın ümumi xüsusiyyətlərindən bəhs olunub. Həmçinin muzeyin kolleksiyasında saxlanılan Səlcuq dövrünə aid keramika haqqında ətraflı məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [14:17]
Respublika Gənclər Kitabxanasından alimin yubileyinə elektron töhfə
- 01.10.2026 [12:20]
Gəncənin əsrlərə şahidlik edən Xan bağı VİDEO
- 01.10.2026 [00:07]
“Dədə Ələsgər Ocağı”nın yeni ofisi açılıb, 5 illik hesabatı təqdim olunub
- 30.09.2026 [22:28]
Murad Hüseynov: Üzeyir Hacıbəyli Festivalı mədəni əlaqələri genişləndirir
- 30.09.2026 [20:39]