Millimiz muay-tay üzrə Avropa kuboku yarışlarında 12 medal qazanıb
Bakı, 5 dekabr, AZƏRTAC
Antalyada muay-tay idman növü üzrə Avropa kuboku yarışları keçirilib.
Azərbaycan Muay-tay Federasiyasından AZƏRTAC-a bildirilib ki, mötəbər yarışda Azərbaycan yığma komandası üç məşqçinin rəhbərliyi altında 16 idmançı ilə təmsil olunub.
Milli komandamızın üzvlərindən Sənan İsmayılov (48 kq), Əli Əliyev (57kq), Cabbar Mustafayev (63kq), Məhəbbət Hümbətov (67kq) qızıl, Cəmil Tekin (54kq) isə Avropa kuboku yarışlarının gümüş medalını qazanıblar.
Səlahəddin Qocayev (45kq), İlqar Çiraqov (48kq), Emin Babayev (57kq), Bəhrəm Cəfəri (60kq), Möhübbət Vəlizadə, Namik Rəhmətullayev (hər ikisi 81 kq) və Rəfael Məmmədov (86 kq) bürünc medala sahib olublar.
Yarışların idarə edilməsində ölkəmizi üç hakim təmsil edib.