Mina qurbanlarına aid fotolar Avropanın bir sıra şəhərində sərgilənəcək

Bakı, 13 iyun, AZƏRTAC
“Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Azərbaycanda mina qurbanlarına həsr olunan layihələr davam etdirilir.
AZƏRTAC xəbər verir ki, “Mina qurbanlarının Avropa fotosərgiləri” adlı növbəti layihənin məqsədi müxtəlif dövrlərdə mina partlayışları və partlamamış hərbi sursatların partlaması nəticəsində zərərçəkmiş insanların düşdüyü vəziyyətləri fotolar vasitəsilə Avropa cəmiyyətinə və hədəf ölkələri ziyarət edən turistlərə çatdırmaqdır.
Adıçəkilən layihə 2024-cü ildə Birlik tərəfindən həyata keçirilən “Təhlükənin kulMİNAsiya nöqtəsi” adlı fotolayihənin davamıdır. Həmin layihə zamanı Çex Respublikasının paytaxtı Praqa şəhərinin mərkəzi meydanlarında açıq havada iki gün ərzində fotosərgilər keçirilib.
Layihə çərçivəsində Avropanın bir neçə şəhərində, Fransanın Paris və Strasburq, Belçikanın Brüssel, Niderlandın Haaqa, Almaniyanın Berlin və Nürnberq şəhərlərində mina qurbanlarına həsr olunan sərgilərin keçirilməsi nəzərdə tutulur. Sərgilərin cari ilin avqust-sentyabr aylarında açıq havada və insanların sıx toplaşdığı məkanlarda keçirilməsi planlaşdırılır. Bu şəhərlərin seçilməsində məqsəd orada bir sıra nüfuzlu beynəlxalq təşkilatların yerləşməsidir.
İşğaldan azad olunan ərazilərdə və keçmiş təmas xətti ətrafı bölgələrdə mina və partlamamış hərbi sursatlar hələ də insan həyatı üçün böyük təhlükədir. Onların fəsadları təkcə insanlara deyil, təbiətə, flora və fauna aləminə, atmosferə də mənfi təsir edir. “Gilavar Foto Klubu” qeyri-hökumət təşkilatı olaraq, mina problemini hər zaman diqqətdə saxlayır.
Qeyd edək ki, “Mina qurbanlarının Avropa fotosərgiləri” layihəsi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.07.2025 [18:16]
Bu gün Bakının 549 küçəsi yuyulub
- 12.07.2025 [15:41]
İsmayıllıda 40 yaşlı qadın itkin düşüb
- 12.07.2025 [15:27]
Tərtərdə vətəndaşlara hüquqi yardım göstərilib
- 12.07.2025 [14:27]
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib
- 12.07.2025 [12:58]
Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib
- 12.07.2025 [12:39]
Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq
Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var
- 12.07.2025 [23:12]
Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb
- 12.07.2025 [22:57]
Türkiyənin iki tarixi abidəsi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
- 12.07.2025 [21:14]
Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib
- 12.07.2025 [21:08]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 12.07.2025 [21:00]
“Trabzonspor” qapıçısı ilə vidalaşıb
- 12.07.2025 [20:52]
Premyer Liqaya yüksələn klub braziliyalı futbolçusunu saxlayıb
- 12.07.2025 [20:03]
Hindistanda polis mağarada rus qadını və onun 2 qızını tapıb
- 12.07.2025 [18:25]
Bu gün Bakının 549 küçəsi yuyulub
- 12.07.2025 [18:16]
Suriyanın keçid dövrü Prezidentinin Azərbaycana səfəri başa çatıb
- 12.07.2025 [18:08]
Beynəlxalq Oxatma Federasiyasının prezidenti ilə görüş keçirilib
- 12.07.2025 [18:04]
ABŞ yenidən müharibənin tərəfinə çevrilir
- 12.07.2025 [17:44]
Baş nazir Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşüb
- 12.07.2025 [17:35]
Tramp Aİ-yə və Meksikaya 30 faiz tarif tətbiq olunacağını açıqlayıb
- 12.07.2025 [17:33]
Azərbaycan Əbu-Dabidən dünyaya sülh mesajı verdi
- 12.07.2025 [17:28]
Azərbaycanlı doktorant Çində yay məktəbində yeganə əcnəbi kimi iştirak edib
- 12.07.2025 [16:13]
"Kəpəz" müdafiəçisi ilə müqavilənin müddətini uzadıb
- 12.07.2025 [16:02]
Avstraliyada 12 gündür itkin düşən alman turist sağ tapılıb
- 12.07.2025 [15:50]
ABŞ Suriyanın hər hansı şəkildə bölünməsinə və ya federallaşmasına qarşıdır
- 12.07.2025 [15:36]
Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirilib
- 12.07.2025 [15:08]
Ərdoğanın yeni uğuru: PKK terrorçuları tərk-silah yolunda - TƏHLİL
- 12.07.2025 [14:34]
Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi Fəxri xiyabanı ziyarət edib
- 12.07.2025 [14:27]
SOCAR ilə Suriya Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb
- 12.07.2025 [14:19]
Reyn çayında suyun temperaturu 2100-cü ilədək 4,2 dərəcəyə qədər arta bilər
- 12.07.2025 [14:11]
Azərbaycan Mətbuat Şurası beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
- 12.07.2025 [13:38]
Türkiyədə meşə yanğını səbəbindən iki məhəllə boşaldılıb
- 12.07.2025 [13:27]
Atlantik okeanında nanoplastiklərin yüksək konsentrasiyası aşkarlanıb
- 12.07.2025 [13:23]
“Bayer Leverkusen” klubu ABŞ millisinin üzvünü rekord məbləğə transfer edib
- 12.07.2025 [13:14]
Rəcəb Tayyib Ərdoğan: Türkiyə 47 illik terror problemindən qurtulur
- 12.07.2025 [13:08]
Pekində qlobal sivilizasiyalar dialoqu üzrə nazirlər toplantısı keçirilib
- 12.07.2025 [12:58]
Sabah havanın temperaturu 41 dərəcəyədək artacaq
- 12.07.2025 [12:39]
FHN isti və quru hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- 12.07.2025 [12:24]
Media: Rusiya xarici işlər nazirinin KXDR-ə səfəri başlayıb
- 12.07.2025 [12:16]
Dünya Seriyası: Azərbaycan basketbol millisi Sinqapur yığmasına qalib gəlib
- 12.07.2025 [12:06]
Şanxay Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Tiencində toplaşacaq
- 12.07.2025 [12:02]
Dehlidə yaşayış binası çöküb: ölənlər və itkin düşənlər var
- 12.07.2025 [11:52]
Avropa birinciliyi: Azərbaycanın 5 boksçusu yarımfinala yüksəlib
- 12.07.2025 [11:34]
Gecikdirilmiş 160 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib
- 12.07.2025 [11:30]
Hindistanda körpünün çökməsi nəticəsində ölənlərin sayı 20-yə çatıb
- 12.07.2025 [11:27]
Rusiya ordusu Ukraynanın Çernovtsı vilayətinə PUA və raket hücumu edib
- 12.07.2025 [11:09]
Sumqayıtda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
- 12.07.2025 [11:06]
Paytaxt küçələri yenidən yuyulub
- 12.07.2025 [11:04]
Şəki sakinini elektrik cərəyanı vuraraq öldürüb
- 12.07.2025 [10:12]
DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb
- 12.07.2025 [10:08]
Bakıda "Yeddi Gözəl” İpək Kəlağayı Kolleksiyasının təqdimatı olub
- 12.07.2025 [10:04]
Səbrin sonuncu damlası - Tovuz döyüşləri
- 12.07.2025 [09:00]
Danimarkada qadınlar məcburi hərbi xidmətə cəlb ediləcək
- 12.07.2025 [08:40]
İsmayıllıda zəlzələ olub
- 12.07.2025 [08:25]
İyulun 12-si Ümumdünya Fotoqraflar Günüdür
- 12.07.2025 [08:07]
Ağ ev federal səviyyədə kütləvi ixtisar planlarını nəzərdən keçirir
- 12.07.2025 [07:05]
Çində satılan hər 100 avtomobildən 44-ü elektromobildir
- 12.07.2025 [06:26]
Avropada anomal istilər onlarla insanın həyatına son qoyub
- 12.07.2025 [05:31]
Gürcüstanda yaşayan soydaşlarımıza bədii kitablar verilib
- 12.07.2025 [04:40]