Mingəçevirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər keçirilir
Mingəçevir, 13 yanvar (AZƏRTAC). Mingəçevir şəhərində 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, əvvəlcədən hazırlanmış tədbirlər planına uyğun olaraq yanvarın 12-dən yerlərdə tədbirlərə start verilmişdir. Artıq iki gündür ki, şəhərin bütün orta ixtisas və ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər təşkil edilir, söhbətlər aparılır, Şəhidlər xiyabanında geniş abadlıq və təmir-bərpa işləri görülür.
Qarşıdakı günlərdə Mingəçevir Politexnik İnstitutunda, Turizm Kollecində, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında, şəhər təhsil şöbəsində, gənclər və idman idarəsində qanlı şənbə gecəsində həlak olan Vətən övladlarının xatrəsinə həsr edilmiş müxtəlif görüşlər, konfrans və “dəyirmi masa”lar təşkil ediləcək, mühazirələr oxunacaqdır. Yanvarın 20-də isə şəhər ictimaiyyətinin nümayəndələri, Mingəçevir sakinləri Şəhidlər xiyabanını ziyarət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]