Mingəçevirdə “Tarix heç nəyi unutmur” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir
Mingəçevir, 19 yanvar (AZƏRTAC). Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş “Tarix heç nəyi unutmur” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təhsil ocağının direktoru Orucəli Rzayev, rayon icra hakimiyyətinin şöbə müdiri Sahib Əliyev çıxış edərək, şəhidlərin keçmiş olduğu şərəfli yoldan bəhs etmiş, faciənin əsl mahiyyətini xatırlatmışdır. Bildirilmişdir ki, o qanlı şənbə gecəsində düşmən gülləsinə tuş gələn Vətən övladları öz ölümsüzlükləri ilə şəhidlik zirvəsinə ucalmış və heç vaxt unudulmayacaqdır.
Konfransda təhsil işçiləri Səbinə Quliyeva “20 Yanvar - qan yaddaşımızdır”, Tahirə Quliyeva “Qanlı şənbə gecəsi - Azərbaycan xalqının qəhrəmanlıq tarixi”, Anar İsmayılov “Qəhrəmanlar unudulmur”, Könül Cabbarova “Müstəqillik tariximizin şərəfli səhifəsi” mövzularında məruzə etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]