Misir turizm vizalarının qiymətini bir qədər artırır
Qahirə, 24 aprel (AZƏRTAC). Mayın 1-dən Misir turizm vizalarının qiymətini 5 dollar artırır. Yerli KİV-lərin yaydığı məlumata görə, bu barədə Misirin turizm naziri Hişam Zaazu məlumat vermişdir. O bildirmişdir ki, bundan sonra ölkəyə gəlmək üçün əvvəlki kimi 15 dollar deyil, 20 dollar ödəmək lazım gələcəkdir.
Qeyd edək ki, Misirin hakimiyyət orqanları əvvəlcə qiymətləri 25 dollara qədər artırmağı planlaşdırırdılar, lakin məsləhətləşmələrdən sonra qiymətləri 10 dollar deyil, cəmi 5 dollar artırmaq qərarına gəlmişlər.
Misirin turizm nazirinin fikrincə, vizaların qiymətləri cüzi şəkildə artırılır və bu, turistlərin axınına təsir göstərməməlidir, çünki istənilən halda Misir vizaları dünyada ən ucuz vizalardan biri olaraq qalır.
Asya Hacızadə
AZƏRTAC -ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]