Mohamed Abdusalam: Azərbaycandan Liviyada “ASAN xidmət” modelinin qurulmasına kömək etməyi xahiş edirik
Bakı, 2 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC
Dost ölkə Azərbaycana gəldik və doğrudan da buranın xalqı, insanları, ölkənin təmizliyi, tikinti və memarlığının müasirliyi bizi heyran etdi. Biz burada vətəndaşlara göstərilən birbaşa xidmət təcrübəsi ilə tanış olmağa gəlmişdik. Liviyada da "ASAN xidmət" mərkəzi kimi xidmət mərkəzləri yaradılması üçün həmin təcrübəni ölkəmizə də ötürə biləcəyimizə ümid edirik.
Bunu AZƏRTAC-a açıqlamasında Liviya Dövlətinin Baş nazirinin müşaviri Mohamed Abdusalam deyib.
"Biz qardaşlarımızın arasında, Azərbaycan xalqının içində olmaqdan şərəf duyduq və daha geniş əməkdaşlığı arzulayırıq. Onlardan xahiş edirik ki, gördüyümüz bu model əsasında xidmət mərkəzlərinin qurulmasında bizə kömək etsinlər. Azərbaycan xalqına və rəhbərliyinə öz məqsədlərinə çatmaq yolunda uğurlar arzulayırıq", - deyə M.Abdusalam bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:13]
Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub
- 29.09.2026 [16:12]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 29.09.2026 [14:38]
Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid
- 29.09.2026 [14:34]
Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər
- 29.09.2026 [14:12]