MOLDOVADA RUS DİLİ MİLLƏTLƏRARASI RƏSMİ ÜNSİYYƏT DİLİ STATUSU ALMIŞDIR
AZƏRTAC-ın müxbiri Kişinyovdan xəbər verir ki, Moldovada rus dili millətlərarası rəsmi ünsiyyət dili statusu almışdır. Bu, dekabrın 25-də qüvvəyə minmiş dövlət milli siyasət konsepsiyasında nəzərdə tutulmuşdur. Parlamentdə bəyənilmiş konsepsiya Moldova dövlətinin çoxmillətli xarakterini təsbit etmişdir. Moldova dili dövlət dili elan edilmiş, rus dili isə millətlərarası ünsiyyət dili statusu alaraq, dövlətin və cəmiyyətin həyat fəaliyyətinin bütün sahələrində tətbiq olunmaq hüququ qazanmışdır. Qanun qoşadillilik prinsipini təlim etmək üçün milli azlıqlar qarşısında moldovan dilinin öyrənilməsini bir vəzifə kimi qoyur.
Konsepsiya vətəndaş həmrəyliyini və millətlərarası münasibətlərin inkişafını təmin etmək, bununla da Dnestryanı bölgə ilə bağlı problemin nizama salınmasına təkan vermək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]