Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib
Moskva, 9 aprel, AZƏRTAC
Moskva Fransa hökumətinin Rusiya XİN əməkdaşına qarşı addımlarını qəbuledilməz və Vyana Konvensiyasına zidd hərəkət kimi qəbul edir.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 6-da Parisin Şarl de Qol hava limanında baş vermiş hadisəni şərh edərkən bəyan edib.
Onun sözlərinə görə, Fransa hakimiyyəti uzun müddət saxlanılan şəxsin yanına konsulluq xidmətinin əməkdaşlarını buraxmayıb. Bu isə beynəlxalq öhdəliklərin birbaşa pozulmasıdır.
“Təbii ki, bu hal Fransa hakimiyyətinin onsuz da gərginləşdirdiyi ikitərəfli münasibətlərimizi daha da ağırlaşdırır”, – deyə Peskov vurğulayıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, söhbət Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndə heyətinin tərkibində olan əməkdaşından gedir.
Fransa sərhəd xidməti heç bir səbəb göstərmədən onun telefonunu və kompüterini müsadirə edib və sərhəd zonasındа sutka ərzində saxlayıb.
Rusiya tərəfi Fransanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərdikdən sonra həmin əməkdaşın ölkəyə girişinə icazə verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [11:59]
Nijnekamsk şəhərində ölənlərin sayı 12 nəfərə çatıb – YENİLƏNİB
- 10.08.2026 [11:40]
Dünya ictimaiyyəti avqustun 10-da üç beynəlxalq günü qeyd edir
- 10.08.2026 [10:58]
Qərbi Avropada iyun və iyul ayları rekord istilərlə yadda qalıb
- 10.08.2026 [10:50]
Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır
- 10.08.2026 [08:14]
Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib
- 10.08.2026 [07:29]
Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb
- 10.08.2026 [05:52]
İsrail Livanın cənubuna hücumlarını davam etdirir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]
Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək
- 09.08.2026 [21:21]
Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 09.08.2026 [20:47]
Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb
- 09.08.2026 [20:39]
Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır
- 09.08.2026 [20:26]
Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib
- 09.08.2026 [20:12]
Bu saata olan əsas xəbərlər
- 09.08.2026 [20:00]
İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib
- 09.08.2026 [19:50]
Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB
- 09.08.2026 [19:09]
Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib
- 09.08.2026 [19:05]
İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2
- 09.08.2026 [18:30]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub
- 09.08.2026 [17:40]
Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb
- 09.08.2026 [17:34]
Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri
- 09.08.2026 [16:33]
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
- 09.08.2026 [16:04]
Qazaxıstanda sərnişin avtobusu yanıb
- 09.08.2026 [15:10]
Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur
- 09.08.2026 [14:45]
Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib
- 09.08.2026 [14:26]
Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib
- 09.08.2026 [13:18]
Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib
- 09.08.2026 [13:00]
Avqustun 10-da hava necə olacaq? - PROQNOZ
- 09.08.2026 [12:46]