MOSKVADA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ QAZAXISTAN PREZİDENTİ NURSULTAN NAZARBAYEVİN GÖRÜŞÜ OLMUŞDUR
Moskva, 18 iyul (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, iyulun 18-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Dövlət başçıları bu əlaqələrin gələcəkdə də genişlənəcəyinə əminliklərini bildirdilər.
Söhbət zamanı ikitərəfli münasibətlər, regional əməkdaşlıq və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

