MOSKVADA AZƏRBAYCAN VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ OLMUŞDUR
Moskva, 17 iyul (AZƏRTAC). İyulun 17-də Moskvada, “Prezident-otel”də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair görüşü olmuşdur.
Görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, ATƏT-in Minsk qrupunun həmsədrləri Mətyu Brayzə (ABŞ), Bernar Fasye (Fransa), Yuri Merzlyakov (Rusiya), habelə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik iştirak etmişlər.
######
![]() |
![]() |

