Moskvada terror aktı nəticəsində həlak olanların 50 nəfərdən çoxunun şəxsiyyəti müəyyən edilib
Moskva, 23 mart, AZƏRTAC
“Crocus City Hall”da terror aktı nəticəsində həlak olanların 50 nəfərdən çoxunun şəxsiyyəti müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib.
O qeyd edib ki, terror aktı ilə yanaşı, yanğının da törədildiyi “Crocus City Hall”ın dağıntıları bazar gününə kimi təmizlənəcək.
Terror aktını törətməkdə şübhəli bilinən və Brayanskda saxlanılan şəxslər Moskvaya gətirilib.
Qeyd edək ki, ötən gün axşam Moskvadakı “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 133 nəfərə çatıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]