Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir hüquq sisteminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri misilsizdir

Bakı, 3 may, AZƏRTAC

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycanda 3 pilləli məhkəmə sisteminin yaradılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır” mövzusunda konfrans keçirilib.

Tədbirdə Apellyasiya Məhkəməsinin hakimləri, aparat işçiləri, məhkəmənin yurisdiksiyasına aid birinci instansiya məhkəmələrinin sədrləri və gənc hakimləri, hakimliyə namizədlər, Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın təmsilçiləri, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin tələbələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.

Konfransda çıxış edən Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov bildirib ki, mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.

M.Əkbərov qeyd edib ki, tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha çox hiss olunur. Xalqının tarixində dərin iz qoymuş, onun keçmişini yaşatmış və gələcəyini müəyyən etmiş insanların işi və ideyaları zaman məsafəsindən daha uca görünür.

Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu deyən məruzəçi vurğulayıb ki, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir dövlətimizin qurulmasına, xalqımızın müstəqillik arzusuna çatmasına, onun qorunub saxlanılmasına və ən nəhayət, torpaqlarımızın işğaldan azad olunmasına nail olunub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi günlərində onun Vətən, xalq qarşısında misilsiz xidmətləri yüksək ehtiramla ölkəmizin hər yerində geniş qeyd edilir. Prezident İlham Əliyevin Sərəncamı ilə Ümummilli Liderin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, onun zəngin irsinin təbliği qərara alınıb.

Bildirilib ki, ilk növbədə dövlət müstəqilliyimizin əbədiliyinə və dönməzliyinə nail olan Heydər Əliyev tərəfindən ölkəmizdə sabitlik, sülh və əmin-amanlıq təmin edilib, siyasi və hüquqi islahatlar, demokratikləşmə prosesinə başlanılıb. Demokratik hüquqi dövlət quruculuğu prosesi tam ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirilib. Ölkədə hüquqi dövlət qurmaq üçün ilk növbədə konstitusion rejim, müasir beynəlxalq təcrübə nəzərə alınaraq mükəmməl hüquq sistemi, səmərəli məhkəmə hakimiyyəti yaradılmalı və hakimiyyətin bölgüsü prinsipi təmin edilməli idi. Məhz bu səbəbdən Heydər Əliyev hüquq sisteminin islahatına böyük əhəmiyyət verərək onun konseptual istiqamətlərini müəyyən edib.

Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsinə malik olduğunu söyləyən M.Əkbərov böyük strateq Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesini ilk milli Konstitusiyanı yaratmaqla başlatdığını xatırladıb. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik edib. Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunması və bütün sahələri əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərindəndir.

M.Əkbərovun sözlərinə görə, bütün bu reallıqları dərindən təhlil edən və nəzərə alan Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1997-ci ildə dünya ölkələrinin mütərəqqi təcrübəsinə əsaslanan "Məhkəmələr və hakimlər haqqında" Qanun qəbul edilib, məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər haqqında Fərman imzalanıb, bununla da ölkəmizdə məhkəmə quruluşunun və məhkəmə icraatının mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinə start verilib.

Ədalət mühakiməsinin həyata keçirilməsinin hüquqi əsaslarının İnsan Hüquqları üzrə Avropa Konvensiyası, İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, Mülki və Siyasi hüquqlar haqqında beynəlxalq paktlar və digər beynəlxalq sənədlərin müddəaları nəzərə alınmaqla hazırlanması, bu müddəaların milli qanunvericiliyə implementasiyası islahat siyasətinin vacib tərkib hissəsi olub. Milli qanunvericiliyin təkmilləşdirilməsi ilə yanaşı, dövlətimizin insan hüquqları sahəsində əhəmiyyətli beynəlxalq müqavilələrə və təşkilatlara qoşulması prosesinə başlanılıb, ölkəmiz BMT-nin, Avropa Şurasının və digər beynəlxalq təşkilatların bir çox sənədlərinə tərəfdar çıxıb, prosesin məntiqi nəticəsi olaraq ölkəmiz Avropa hüquq məkanına inteqrasiya olunub.

Qeyd olunub ki, məhkəmə-hüquq islahatları nəticəsində keçmiş sovet məhkəmə sistemi ləğv edilərək 2000-ci ildən yeni, üçpilləli müstəqil məhkəmə sistemi yaradılıb. Məhkəmə islahatlarının gedişində, həmçinin məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək üçün hakim korpusunun mənəvi cəhətdən saf, yüksək biliyə malik hüquqşünaslar hesabına formalaşdırılması, bunun üçün yeni mexanizmin müəyyən olunması artıq zamanın tələbinə çevrilib. Məhkəmələrin işinin təkmilləşdirilməsi və onun beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə hakimlərin seçim prosedurunun yeni dəyərlər əsasında müəyyənləşdirilməsini, fəaliyyətlərində sui-istifadəyə yol vermiş hakimlər barədə intizam məsuliyyətinin gücləndirilməsini, məhkəmələrin işində şəffaflığın təmin edilməsini ehtiva edən əsaslı dəyişikliklərin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər nəticəsində ilkin olaraq məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən mahiyyətcə yeni qurum - bu gün də fəaliyyətini uğurla davam etdirən Məhkəmə-Hüquq Şurasının möhkəm bünövrəsi yaradılıb.

Bakı Apellyasiya Məhkəməsinin sədri konfrans iştirakçılarına, həmçinin xatırladıb ki, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılıb, bununla da hakim korpusunun yenilənməsi prosesinə başlanılıb.

Hakimlərin müstəqilliyinə və şəffaf prosedurlar əsasında seçilmələrinə böyük önəm verən Ulu Öndər Vaşinqtona səfəri zamanı beynəlxalq konfransda həmin məsələyə toxunaraq ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarını yüksək qiymətləndirib. Diqqətə çatdırıb ki, qeyd edilənlər Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi işlərin cüzi bir hissəsidir. Dahi şəxsiyyətin misilsiz işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqımızın və dövlətimizin gələcəyinə istiqamətlənmiş həlledici vektor kimi qiymətləndirilməlidir.

M.Əkbərov çıxışında Prezident İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin daha da təkmilləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü xüsusilə vurğulayıb. Bildirilib ki, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına uğurla inteqrasiya edərək, rəqabət qabiliyyətli olması, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən-ilə artması zamanında Heydər Əliyev tərəfindən təməli qoyulmuş uğurlu iqtisadi siyasətin bariz təsdiqidir. Məhz bu siyasətin və nizami ordu quruculuğunun nəticəsində Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edərək qalib xalqa çevrilmiş və tarixi Zəfərə nail olub.

Ulu Öndərin qurub bizə miras qoyduğu dövlətçilik irsi və prinsipləri, onun yaşayan və yaşadan ideyaları hər birimizi Prezident, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycanı daha güclü və daha çiçəklənən bir dövlətə çevirməyə ruhlandırır.

Konfransda, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri Raqib Qurbanovun “Heydər Əliyev və məhkəmə sisteminin müasir inkişaf yolu", Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazovun “Məhkəmə-hüquq islahatlarında apellyasiya məhkəmələrinin rolu”, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü, "Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin "Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu", Bakı Apellyasiya Məhkəməsinin hakimi Cavid Hüseynin "Azərbaycanda hakimlərin şəffaf seçim prosesi: Heydər Əliyev dühası" mövzusunda məruzələri dinlənilib.

Tədbir müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb