MÜDAVİMLƏRƏ SERTİFİKATLAR VERİLMİŞDİR
Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Göygöl bazasında təlim kurslarını başa vuran 25 kursanta sertifikatlar təqdim edilmişdir.
ANAMA-nın əməliyyat üzrə meneceri Samir Poladov AZƏRTAC-a demişdir ki, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılan agentlik qısa vaxt ərzində həm zəngin təcrübə toplamış, həm də öz sıralarını milli kadrlarla genişləndirmişdir. Bu kadrlar respublika ərazilərində partlamamış silah-sursatların zərərsizləşdirilməsi sahəsində xeyli iş görmüşlər.