“MUĞANBANK” VƏ “ZAMİNBANK”A MƏHDUDLAŞDIRICITƏDBİRLƏR TƏTBİQ OLUNMAMIŞDIR
Milli Bank xəbərdarlıq edir ki, bank əməkdaşlarının həbsi bank fəaliyyəti ilə əlaqədar deyil, onlar tərəfindən vergi qanunvericiliyinin pozulması ilə bağlıdır. Həbs edilən zaman “Muğan” kommersiya bankının “Gənclik” filialının sabiq müdiri və müavini artıq bankda işləmirdi. Onlar barəsində qaldırılan cinayət işinin bankların bank və vergi ödəyicisi kimi hər hansı bir fəaliyyətinə aidiyyəti yoxdur və bu, həmin şəxslərin bir neçə il öncə kommersiya fəaliyyəti ilə məşğul olduqları dövrdə yol verdikləri hüquq pozuntularına əsaslanır. Həm “Muğanbank”, həm də “Zaminbank” bütün növ bank fəaliyyətini normal davam etdirir. Bu faktlarla əlaqədar adı çəkilən banklara qarşı hər hansı məhdudlaşdırıcı tədbirlər tətbiq edilməmişdir.