MÜHARİBƏ VETERANLARININ ÜMUMDÜNYA QURULTAYINDA AZƏRBAYCAN VETERANLARI DA TƏMSİL OLUNMUŞLAR
O, AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, qurultayda İkinci dünya müharibəsi iştirakçılarının sosial vəziyyətlərinin yaxşılaşdırılması, faşizmlə mübarizədə əldə olunmuş nailiyyətlərin qorunub saxlanması və beynəlxalq terrorizmlə mübarizə ilə bağlı çıxışlar olmuşdur.
Azərbaycan Respublikasının Veteranlar Şurası 2000-ci ildən Ümumdünya Müharibə Veteranları Təşkilatının üzvüdür. Həmin ildən etibarən respublikamızın Veteranlar Şurası bu təşkilatın keçirdiyi bütün tədbirlərdə iştirak edir. Qeyd etmək lazımdır ki, builki tədbirdə MDB ölkələrindən yalnız Azərbaycan və Rusiya Federasiyası iştirak edirdilər.
Əlövsət Baxışov iclasda çıxış edərək, Azərbaycanda müharibə veteranlarına olan dövlət qayğısını qeyd etmiş, onların sosial vəziyyətlərinin yaxşılaşması istiqamətində görülən tədbirlər barədə danışmışdır. O, Azərbaycanda İkinci dünya müharibəsi əlillərinə hələ də dövlət tərəfindən pulsuz minik avtomobillərinin paylandığını deyərək, Sovet İttifaqı dağıldıqdan sonra bu ənənənin yalnız respublikamızda və Rusiya Federasiyasında davam etdirildiyini qurultay iştirakçılarının diqqətinə çatdırmışdır. Əlövsət Baxışov, eyni zamanda, respublikamızın ərazisinin 20 faizinin erməni işğalı altında olduğunu, həmin ərazilərdən 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün düşdüyünü demişdir. O, bu məsələlər barədə məlumatları 50 nüsxədə ingiliscə çap etdirərək, qurultayda təmsil olunan ölkələrin veteran təşkilatları nümayəndələrinin başçılarına və Ümumdünya Müharibə Veteranları Təşkilatının katibliyinə təqdim etmişdir.