Murmansk vilayətində yeni ictimai təşkilat yaradılmışdır
Bakı, 6 aprel (AZƏRTAC). Murmansk vilayətində “Milli Mədəniyyət Mərkəzi” regional ictimai təşkilatı yaradılmışdır. Vilayət hökumətinin İctimai qurumlarla qarşılıqlı fəaliyyət və gənclərin işləri üzrə komitəsinin məsləhətçisi Rimma Nikolayeva bildirmişdir bu quruma daxil olan ilk təşkilatlardan biri Ümumrusiya Azərbaycan Konqresinin regional bölməsidir.
Müxtəlif xalqların nümayəndələrinin yaşadıqları Murmansk vilayətində milli siyasət məsələlərinə xüsusi diqqət yetirilir. Hazırda Kola yarımadasında 25 mindən çox həmvətənimiz yaşayır. Vilayət rəhbərliyinin nümayəndələri hesab edirlər ki, Azərbaycan diasporunun üzvləri bütün icmalarla, yerli hakimiyyət və idarəetmə orqanları ilə səmərəli əməkdaşlıq edirlər. “Milli Mədəniyyət Mərkəzi” Rusiyanın şimalında milli və dini zəmində ixtilaflara yol verməmək üçün bütün milli diasporların vahid bir qurumda sıx birləşməsi məqsədi ilə yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]