Murmanskda Eldar Qasımov və Nigar Camalın “Evrovision-2011” yarışmasında qələbəsini bayram edirlər
Bakı, 16 may (AZƏRTAC). Murmansk vilayəti qubernatoru yanında Məsləhət Şurasının üzvü Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, murmansklı həmvətənlərimiz Eldar və Nigarın “Eurovision-2011” nüfuzlu mahnı müsabiqəsində böyük qələbəsini geniş qeyd edirlər.
Uzaq Murmanskda yaşayan azərbaycanlılar və ölkəmizin dostları olan murmansklılar mahnı müsabiqəsini gecədən xeyli keçmişədək izləmiş, Azərbaycan təmsilçilərini ürəkdən dəstəkləmişlər. Nəhayət, çoxdan intizarında olduğumuz qələbə və birinci yer!
Sonra səhərədək şadyanalıq etmişlər. Axı, sirli-sehrli Şərq gecələrindən fərqli olaraq, ağ gecələri ilə tanınan Kola yarımadası qeyri-adi, müəyyən mənada romantik bir həyat yaşayır. Bir-birini təbrik edən həmvətənlərimiz söz vermişlər ki, “Eurovision-2012”-yə tamaşa etmək üçün gələn il mütləq Bakıya gələcəklər. Fərəhli haldır ki, Murmansk regional KİV-ləri azərbaycanlı ifaçıların qələbəsini geniş işıqlandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]