Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mütəxəssis: Azərbaycan müxtəlif balneoloji qruplara aid olan mineral sularla məşhurdur

Mütəxəssis: Azərbaycan müxtəlif balneoloji qruplara aid olan mineral sularla məşhurdur

Bakı, 21 iyun, AZƏRTAC

Mineral sular ion-duz tərkibinə görə və insan orqanizminə müalicəvi təsir göstərən müxtəlif mikroelementlərlə zəngin olduğundan effektli balneoloji təsirlərə malikdir. Faydalı mineral maddələrlə zəngin olan su təkcə orqanizmi vacib makro və mikroelementlərlə təmin etmir, həmçinin toplanan şlak və toksinlərdən azad edir. Xroniki xəstəliyi olan insanların reabilitasiyasında effektliliyin artırılması məqsədilə müxtəlif iqlim şəraitində təbii müalicə amillərindən maksimal dərəcədə istifadə edilməsinin böyük əhəmiyyəti var.

AZƏRTAC xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun şöbə müdiri Rəna Musayeva deyib.

O qeyd edib ki, respublikamız uzun illərdir müxtəlif balneoloji qruplara aid olan çoxlu sayda mineral suları ilə məşhurdur. Mineral sular vasitəsilə bir sıra xəstəliklər müalicə edilir və müsbət nəticə verir.

“Son zamanlar qablaşdırılmada əsas etibarı ilə mineral süfrə sularından istifadə olunur. Mineral süfrə suları ion-duz tərkibinə görə müəyyən fizioloji effektə və nəzərəçarpan diuretik təsirə malikdir. Onlar az və ya yox dərəcədə müalicəvi süfrə sularına yaxındır və müalicəvi təsir göstərir.

Bir çox mineral suların tərkibində olan (onların qəbulu zamanı), orqanizmə təsir mexanizmindən başlıca rol oynayan formoloji aktiv maddələrin təsiri dəqiqləşdirilib. Bu komponentlər sırasında birinci növbədə yod, brom, dəmir, arsen (mərgümüş) və kobaltın adını çəkmək lazımdır. Mikroelementlərin bioloji aktivliyinə rəy vermək üçün yalnız onların təyini kifayət deyil. Həmçinin onların məhlulda hansı formada olmasını da bilmək vacib şərtlərdən biridir. Belə ki, üzvü metal birləşmələri və ya kolloidlər şəklində olmasının başlıca əhəmiyyəti var.

Xroniki qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi (yarım kəskin və remissiya dövrü), duodenit, xroniki enterokolit, xroniki xolesistit, xroniki hepatit, öd kisəsi və öd yollarının diskineziyası, xroniki pankreatit, şəkərli diabet (yüngül və orta ağırlıqda) zamanı müalicəvi mineral sular göstərişdir. Həmçinin piylənmə (ağır olmayan forma), podaqra, xroniki pielit, xroniki sistit, artrit və poliartrit (vərəm mənşəlidən başqa), osteoxondroz, spondilyoz (svişsiz və vərəmsiz), miokardiodistrofiya, hipertoniya xəstəliyi (I dərəcəli), hipotoniya, nevralgiya, nevrit, radikulit, pleksit, periferik sinirlərin travmatik zədələnmələri, xroniki bronxit, bronxial astma, postemorraqik anemiya kimi xəstəliklər zamanı müalicəvi mineral sular tövsiyə olunur”,- deyə mütəxəssis vurğulayıb.

Azərbaycanın coğrafi cəhətdən çox kəskin dəyişkən relyef quruluşuna malik olduğunu bildirən R.Musayeva əlavə edib ki, respublikanın ümumi ərazisinin təxminən yarısı dağlıq, qalanı isə düzənliklərdən ibarətdir. Geoloji quruluşunda xeyli mürəkkəbliyin, süxur tərkibinin müxtəlifliyi və illik yağıntının miqdarının dəyişikliyi ölkə ərazisində xüsusi hidrogeoloji şəraitin yaranmasına səbəb olub. Buna görə də, Azərbaycanda dünyada məlum olan bütün mineral su hövzələrinə rast gəlmək mümkündür.

“Mineral su mənbələrinin 90 faizdən çoxu dağlıq rayonlarda yerləşib. Metamorfik suların içərisində olduqca qiymətli müalicəvi sular var. Belə sulara ən çox cavan yaşlı vulkanik rayonlarda təsadüf edilir. Onların həm isti, həm də soyuq bulaqları olur. Bu suların tərkibində çox miqdarda karbon qazı, eləcə də, nadir elementlər mövcuddur. Nadir elementlərin ionları sulara müxtəlif geoloji dövrlərdə keçib. Suların metamorfizmə uğramasına səbəb yüksək təzyiq və temperaturdur. Azərbaycan ərazisində belə sulara Böyük və Kiçik Qafqaz dağlarında, Naxçıvan Muxtar Respublikasında rast gəlinir. Qarabağ ərazisində çıxan 25-dən çox mineral su geniş spektrlı yüksək təsirə malikdirlər. Bunlara Şuşadakı Şirlan və Turşsunu, Kəlbəcərdəki Tutqun, Qoturlu, Mozçay, Bağırsaq, Aşağı və Yuxarı İstisunu, Laçındakı Minkənd və Qarıqaxanı, Zəngilandakı Qotursunu və digərlərini misal göstərmək olar”,- deyə R. Musayeva bildirib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır