Muzeydə COP29 ərəfəsində ATBA-nın yeni üzvləri üçün infotur keçirilib
Bakı, 5 avqust, AZƏRTAC
Noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi mötəbər beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATBA) yeni bələdçiləri üçün Milli Azərbaycan Tarixi Muzeyində məlumat turu təşkil olunub.
Muzeydən AZƏRTAC-a bildirilib ki, məqsəd COP29 tədbirləri çərçivəsində ölkəmizi ziyarət edən qonaqları çoxəsrlik tariximiz, milli-mənəvi dəyərlərimiz və mədəni irsimizlə tanış etmək istiqamətində praktik biliyin artırılmasıdır. Azərbaycanın ən qədim dövründən günümüzədək tarixini əks etdirən dəyərli artefaktlarla zənginləşdirilmiş, interaktiv masalar və 3D holoqramlarla təchiz olunmuş yeni ekspozisiya ATBA-nın yeni bələdçilərinin böyük marağına səbəb olub və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yadddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]
Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür
- 09.06.2026 [16:07]