Myanmada baş verən zəlzələ nəticəsində 144 nəfər ölüb
Pekin, 28 mart, AZƏRTAC
Myanmanın paytaxtı Naypyida şəhərində baş vermiş güclü zəlzələ nəticəsində 144 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Myanmanın səlahiyyətli qurumları açıqlama yayıb. Təbii fəlakət nəticəsində 732 nəfər xəsarət alıb, itkin düşənlər var.
Yeraltı təkan paytaxtda və Mandalay bölgəsində çox sayda yaşayış binasını, məktəbləri, inzibati binaları dağıdıb. Dağıntılar altında məktəblilərin də qaldığı güman olunur. Hazırda axtarış-xilasetmə işləri aparılır.
Zəlzələ qonşu Tailandda da dağıntı və tələfata səbəb olub. Paytaxt Banqkokda hündürmərtəbəli binanın uçması nəticəsində 5 nəfər ölüb, 9 nəfər xəsarət alıb, 117 nəfər itkin düşüb.
Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 12:10-da Myanmada 7,7 bal gücündə zəlzələ olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]