Naftalanda qızlara cüdoqi dəstləri hədiyyə olunub
Bakı, 9 avqust, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyasının “Azercell Telekom” ilə birgə əməkdaşlıq çərçivəsində elan etdiyi “Qızlara ağ yaraşır” kampaniyası “Azərpoçt” MMC-nin dəstəyi ilə davam edir.
“Azərpoçt”dan AZƏRTAC-a bildirilib ki, Naftalan şəhərində yerləşən Uşaq-Gənclər İdman Məktəbində kampaniyadan qeydiyyatdan keçən qızlara cüdoqi dəstləri göndərilib.
Cüdoqi dəstlərinin regionlarımıza çatdırılmasında “Azərpoçt" MMC öz dəstəyini göstərib.
Xatırladaq ki, qeydiyyatdan keçən ilk 7-14 yaş aralığında 1000 qız uşaqlarına 1000 dəst cüdoqi və 1 ay ödənişsiz cüdo dərsi hədiyyə olunur.
Qızları cüdoya yazdırmaq üçün aşağıdakı nömrələrə zəng edə və ya veb-saytımıza daxil ola bilərsiniz: (+994 50) 226 28 34, (+994 50) 226 28 35; https://qizlaraagyarasir.az