Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olub, görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Azərbaycan Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsidir. “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”, - deyən Ulu Öndər ölkəmizə hər iki rəhbərliyi dövründə dövlət müstəqilliyinin təminatçısı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu Öndərimizin ordu quruculuğu sahəsində başladığı işi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılmış, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir.

Qeyd olunub ki, ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanmış, hərbi qulluqçuların döyüş hazırlığı artırılmışdır. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmış, maddi-texniki baza möhkəmləndirilmiş, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilmişdir. Şərur Rayon Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ali Məclisin Sədri ulu öndərimiz Heydər Əliyevin “Dövlət quruculuğu prosesində daxili qoşunların düzgün istiqamətdə təşkil olunması çox əhəmiyyətli məsələdir” fikirlərini xatırladaraq deyib: Bu gün muxtar respublikada ictimai asayişin və təhlükəsizliyin qorunması, cinayətkarlığa qarşı mübarizə Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının əsas vəzifələridir. Ona görə də briqadada idarəçilik xidmət qaydalarına uyğun qurulmalı, əsgər və zabitlər verilən əmr və göstərişlərin icrasına hər an hazır olmalıdırlar. Hər bir ölkənin inkişafının təmin olunmasında, müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində milli birlik, sabitlik və əmin-amanlıq vacib şərtdir. Daxili Qoşunların Naxçıvan Əlahiddə Əməliyyat Briqadasının şəxsi heyəti də muxtar respublikamızda sabitliyi qorumalı, eyni zamanda Naxçıvan Qarnizonu üzrə keçirilən təlimlərdə iştirak etməli, döyüş hazırlığını artırmalıdır. Hərbi qulluqçular vəzifə borclarını dərindən öyrənməli, silah və texnikalardan istifadə imkanlarını yaxşı mənimsəməli, muxtar respublikanın müdafiəsinə hazır olmalıdırlar. Hərbi xidmətin əsasında intizam dayanır. Şəxsi heyət daxili nizam qaydalarına ciddi əməl etməli, qarşıya qoyulan vəzifə və tapşırıqlar uğurla yerinə yetirilməlidir.

Ali Məclisin Sədri deyib: Bu gün blokada şəraitində və işğalçı ölkə ilə sərhəddə yerləşməsinə baxmayaraq, muxtar respublikadakı birlik, vətənpərvərlik torpaqlarımızın etibarlı müdafiəsinə və toxunulmazlığına tam təminat verir. Vətənpərvərlik isə mücərrəd anlayış deyil. Ulu Öndərimiz deyirdi ki, “Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir”. Əsl vətənpərvərlik odur ki, hər an Vətənin müdafiəsinə və onu qorumağa hazır olasan. Muxtar respublikadakı xalq-ordu birliyi, insanların vətənpərvərliyi bizi qürurlandırır.

Ali Məclisin Sədri ölkə üzrə elan olunmuş qismən səfərbərlikdə muxtar respublikadan iştirak edən və çağırışı böyük ruh yüksəkliyi ilə qarşılayan hər bir şəxsə, eləcə də təsərrüfatlarında yetişdirdikləri və istehsal etdikləri məhsullardan hərbi hissələrə sovqat aparan, əsgərlərimizlə görüşən və həmrəylik nümayiş etdirən muxtar respublika sakinlərinə təşəkkürünü bildirib.

Həmçinin Ali Məclisin Sədri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə şəhid olanlara Allahdan rəhmət, şəhid ailələrinə isə səbir diləyib, yaralananların tezliklə sağalmasını arzulayıb, çıxışını ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək deyib ki, muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq ulu öndərimiz Heydər Əliyevin ideyalarına söykənən idarəetmənin məntiqi nəticəsi olaraq bütün istiqamətlər üzrə hərtərəfli inkişaf yolu keçir. Muxtar respublikanın təhlükəsizliyi, müdafiə qabiliyyəti, eləcə də sarsılmaz xalq-ordu birliyi çərçivəsində möhkəmlənən milli vətənpərvərlik ruhu ən yüksək səviyyəyə çatıb, bütün sahələrdə dinamik inkişaf sakinlərin rahat və firavan şəraitdə yaşamasına səbəb olub. Muxtar respublikada hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılıb, hərbi hissələrin maddi-texniki bazası ilbəil gücləndirilərək müasirtipli silah-sursat və nəqliyyat vasitələri ilə təchiz olunub. Ali Məclis Sədrinin tapşırıq və tövsiyələri əsasında briqadanın fəaliyyətinin təşkili və idarə olunması istiqamətində məqsədyönlü tədbirlər görülərək, təşkilati-ştat strukturu mövcud əməliyyat şəraitinə uyğun yenidən komplektləşdirilib, hərbi hissələrin yerləşdiyi ərazidə geniş quruculuq işləri aparılaraq müasir infrastruktur və nümunəvi hərbi şəhərcik yaradılıb. Fazil Ələkbərov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib ki, “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası ərazi bütövlüyümüzün qorunması uğrunda Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hər an hazırdır.

Baş leytenant Elçin Qurbanov deyib: “Ali Məclisin Sədri tərəfindən daxili qoşunların şəxsi heyətinə göstərilən diqqət və qayğı, yaradılan şərait, muxtar respublikamız üçün görülən işlər göz önündədir. Döyüş hazırlığı nümayiş etdirərək hər an əldə silah Vətənin müdafiəsinə hazırıq. Ali Məclis Sədrinin dediyi kimi, “Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, dövlətçiliyimizin möhkəmlənməsinə töhfə verməlidir. Çünki dövlətçiliyin möhkəmlənməsi ölkənin davamlı inkişafı və sabitliyi deməkdir”. Muxtar respublikanın inkişafı üçün yürüdülən ardıcıl siyasət bizi daha da ruhlandırır. Yaradılan şəraitə görə hərbi hissənin şəxsi heyəti adından minnətdarlığımızı bildirir və əmin edirik ki, Ali Baş Komandanın əmr və göstərişlərini yerinə yetirməyə hər an hazırıq. Bizim bir amalımız var: Dövlət və dövlətçiliyə sədaqət, Vətən uğrunda canımızı əsirgəməmək. Xalqımıza qələbə əzmini yaşatmaq üçün əmr gözləyirik”.

Şəxsi heyət “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarını səsləndirib.

Sonra əsgəri-məişət kompleksinə baxış olub.

Məlumat verilib ki, 5 hektar sahəni əhatə edən əsgəri-məişət kompleksinin tikintisinə 2014-cü ildə başlanıb. Kompleksdə yerləşən inzibati bina 5 mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində qərargah və tibb məntəqəsi, digər dörd mərtəbədə 448 yerlik əsgər yataqxanası, zirzəmidə isə xüsusi əşya və vasitələr anbarı, eləcə də idman zalı vardır. 2 mərtəbəli yeməkxana binasında anbarlar və qazanxana, 252 yerlik yemək zalı və xidməti otaqlar yerləşir.

Ərazidə 10-u bağlı olmaqla, 52 yerlik avtomobil və zirehli texnika saxlancı, avtomobil yuma, təmir, yanacaqdoldurma və texniki nəzarət məntəqələri, eləcə də sürücülərin hazırlığı üçün sinif otağı vardır. Həmçinin kompleksdə qarovul binası, silah-sursat anbarları, hamam-camaşırxana, helikopter meydançası, 2 nəzarət-buraxılış məntəqəsi, idman və qarovul şəhərcikləri, maneələr zolağı, 3 istirahət guşəsi və uşaq-əyləncə meydançası tikilib, ərazi çəpərlənib.

Ali Məclisin Sədri xüsusi təyinatlıların istifadəsində olan silah və texnikalara baxıb, zabit-gizir ailələri ilə görüşüb.

Ali Məclisin Sədri deyib: “Əsgəri-məişət kompleksində həm ailələrin yaşayışı, həm də şəxsi heyətin öz xidmətlərini düzgün təşkil etmələri üçün lazımi şərait yaradılıb. Xidmət o zaman uğurlu olur ki, hərbçi ailələrinin rahat yaşayışı təmin edilsin. Ərazidəki yaşayış binası, məktəb və xidmət sahələri buna imkan verəcəkdir. Yaşayış binasındakı mənzillərin hər biri lazımi avadanlıqlarla təmin olunub. Burada bir ailə kimi yaşamalı, təmizliyə, hərbi nizam-intizama riayət etməlisiniz”.

Hərbi qulluqçuların ailələri adından çıxış edən Günel Mirzəyeva deyib: “Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidmətlərini rahat yerinə yetirsinlər. Müharibə şəraitində yaşadığımız bu dövrdə Vətənimizin hər qarış torpağı uğrunda əzmlə mübarizə aparsınlar. Mən hərbçi ailəsində doğulmuşam. Atam hərbçi olub. Qardaşım da atamın yolunu davam etdirir. Biz inanırıq ki, torpaqlarımız azad olunacaq. Biz hərbçi ailələri olaraq Ali Baş Komandanımızın və Sizin ətrafınızda sıx birləşmişik. Qələbə bizimlədir”.

Hərbçi övladı, tələbə Nərmin Aydınlı minnətdarlıq edərək deyib: “Muxtar respublikada istər təhsil, istər səhiyyə, istərsə də ordu quruculuğu sahəsində böyük işlər görülür. Xüsusilə də dünyanı bürüyən pandemiyanın qarşısının alınması məqsədilə görülən tədbirlər təqdirəlayiqdir. Bu gün Azərbaycan Ordusu uğurlu əməliyyatlar həyata keçirir. Tezliklə qələbə bizim olacaq. Zəfər bayrağımız Qarabağda dalğalanacaq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.

Hərbçi övladı Zeynəb Mirzəzadə Ali Məclisin Sədrinə yazdığı şeiri söyləyib.

Sonra uşaqlara hədiyyələr təqdim olunub, hərbçi ailələri ilə xatirə şəkli çəkdirilib.

Baxış zamanı bildirilib ki, zabit-gizir ailələri üçün tikilmiş 5 mərtəbəli xidməti yaşayış binasında 6-sı birotaqlı, 20-si ikiotaqlı, 4-ü üçotaqlı olmaqla, 30 mənzil vardır. Binada subay hərbi qulluqçular üçün 20 yerlik yataqxana və məişət otaqları da yerləşir.

Gizir Oktay Əliyev minnətdarlıq edərək deyib: “Muxtar respublikanın inkişafı göz önündədir. Yaradılan şərait Qurucu Rəhbərimizin əməyi sayəsində mümkün olub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində ordumuz gündən-günə güclənir və inkişaf edir. Aprel döyüşləri, Günnüt kəndinin və hazırda işğal altında olan torpaqlarımızın bir hissəsinin azad edilməsi bunun bariz nümunəsidir. Verilən əmr və tapşırıqları layiqincə yerinə yetirməyə hazırıq”.

Hərbçi ailəsinin üzvü Sahilə Zeynalova deyib: “Muxtar respublikanın rayon və şəhərləri gündən-günə çiçəklənir, abadlaşır. Görülən işlərdən hərbi hissələrə də pay düşür. Yaradılan şərait imkan verir ki, hərbi xidmətdə olan ailə başçılarımız öz xidməti vəzifələrini əzmlə yerinə yetirsinlər. Biz də hərbçi ailələri olaraq onlarla çiyin-çiyinə torpaqlarımızın müdafiəsinə hazırıq”.

Selcan Əlizadə yeni mənzillərinin sevincini vətənpərvərlik ruhunda söylədiyi şeirlə ifadə edib.

Ali Məclisin Sədri yeməkxanada olub, şəxsi heyətin qidalanması ilə maraqlanıb.

Aşpaz Sevinc Müslümova deyib: “Hərbi hissədə şəxsi heyətin qidalanması və sağlamlıqlarının qayğısına qalınır. Yaradılan şərait bizi də qürurlandırır. Çalışırıq ki, dövlətimizin göstərdiyi qayğıya öz işimizlə cavab verək. Hərbçilərimizlə fəxr edir və onlara övladımız kimi qayğı göstəririk”.

Ali Məclisin Sədri şəxsi heyətlə nahar edib.

Zabit-gizir ailələrinə xalça hədiyyə edilib, Ali Məclisin kollektivi adından gətirilmiş sovqat anbara təhvil verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq