Naxçıvan idmançısı Azərbaycan Qran-prisinin qalibi olub
Naxçıvan, 17 iyun, AZƏRTAC
Azərbaycan Pauerliftinq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçirilən “deadlift” və “bench press” üzrə Qran-pri turnirində iştirak edən muxtar respublika idmançısı, Azərbaycan yığma komandasının üzvü Əli Əsgərov qalib olub.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “bench press” növündə uğurlu nəticəyə imza atan Əli Əsgərov 190 kiloqramlıq ağırlığın öhdəsindən gələrək öz çəki dərəcəsində turnirin mütləq qalibi adına layiq görülüb.
Əli Əsgərov bu ilin sentyabr ayında keçirilməsi planlaşdırılan Azərbaycan kubokunda da mübarizə aparacaq. Əsas hədəfi isə dekabr ayında keçiriləcək dünya çempionatında ölkəmizi təmsil etməkdir.