Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 5 may, AZƏRTAC

Mayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində əkinəyararlı torpaqlardan istifadənin və əhaliyə göstərilən xidmətlərin vəziyyəti barədə müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib: Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə, eləcə də, muxtar respublikada aqrar sektorda hərtərəfli inkişafa nail olunmuşdur. Dövlət başçısının kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli fərmanına əsasən kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də, mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi əkinçiliyin inkişafına mühüm töhfə vermişdir. Həmçinin meliorasiya və irriqasiya sahəsində həyata keçirilən tədbirlər, müasir hidrotexniki qurğuların istifadəyə verilməsi yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasına və əkinəyararlı torpaqlardan səmərəli istifadəyə geniş imkanlar açıbdır.

Müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev çıxış ediblər.

Şəhər və rayon icra hakimiyyətlərinin başçıları, eləcə də, aid mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri müzakirə olunan məsələ ilə bağlı məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəyə yekun vuraraq deyib: Bu gün muxtar respublikada həyatın bütün sahələrində inkişaf meyilləri qorunub saxlanılır, iqtisadi inkişaf təmin olunur, quruculuq tədbirləri aparılır. Təhsil, səhiyyə müəssisələrində ən müasir avadanlıqlar quraşdırılır, yeni infrastruktur obyektləri istifadəyə verilir. Son 20 ildə muxtar respublikada 180-dən çox təhsil, 200-ə yaxın səhiyyə müəssisəsi, 111 kənd, 3 qəsəbə və 1 şəhər mərkəzi istifadəyə verilmişdir. Əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təchiz olunur, keyfiyyətli rabitə xidmətlərinin göstərilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Kənd təsərrüfatı sahəsində də tədbirlər diqqət mərkəzindədir. Muxtar respublikanın malik olduğu 550 min 275 hektar torpaq sahəsinin 164 min 269 hektarı və ya 30 faizə yaxını kənd təsərrüfatına yararlıdır. 2015-ci il 1 yanvar vəziyyətinə əkin sahələri 52 min 328 hektar təşkil edir ki, bunun da 40 min 959 hektarı və ya 78 faizi suvarılan torpaqlardır. Əkin sahələrinin 38 min 716 hektarı və ya 70 faizə yaxını xüsusi mülkiyyətdədir.

Qeyd olunub ki, əkinəyararlı torpaq sahələrindən istifadənin təmin olunması üçün hər il müşavirələr keçirilir, aid orqanlar qarşısında konkret vəzifələr qoyulur. Torpaq mülkiyyətçilərinin marağını artırmaq məqsədilə dövlət tərəfindən müxtəlif stimullaşdırıcı tədbirlər görülür. Yeni suvarma kanalları və nasos stansiyaları istifadəyə verilir, əkin sahələrinin su ilə təminatı yaxşılaşdırılır. Bu tədbirlərin həyata keçirilməsində məqsəd muxtar respublika əhalisinin rifah halını daha da yaxşılaşdırmaqdan ibarətdir. Lakin bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələ bilməməsinin nəticəsidir ki, yerlərdə nöqsanlara yol verilir, göstərilən xidmətlərin səviyyəsi aşağı düşür. Əkinəyararlı torpaq sahələri tam həcmdə əkin dövriyyəsinə cəlb olunmur.

Nöqsanların aradan qaldırılması üçün Ali Məclisin Sədri aid təşkilatlara konkret tapşırıqlar verib. Bildirilib ki, hər bir müəssisə və təşkilatda görülən işin keyfiyyəti, ilk növbədə, nizam-intizamın səviyyəsindən asılıdır. İstər şəhər və rayon, istərsə də mərkəzi icra hakimiyyəti orqanları tabeliklərində olan yerli strukturların fəaliyyətinə nəzarəti artırmalı, əmək intizamının gücləndirilməsini, iş vaxtından səmərəli istifadə edilməsini, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etməlidirlər. Dövlət müəssisə və təşkilatlarında kargüzarlıq qanunvericiliyə uyğun aparılmalıdır. Mərkəzi və yerli icra hakimiyyəti orqanları göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması, elektron müraciətlərə vaxtında cavab verilməsi və onların qeydiyyatının aparılması üçün təsirli tədbirlər həyata keçirməlidirlər.

Hər il şəhər, qəsəbə və kəndlərimizdə ən müasir informasiya texnologiyaları ilə təchiz olunmuş təhsil müəssisələri tikilib istifadəyə verilir. Bir sıra hallarda yaradılmış imkanlardan səmərəli istifadə olunmur. Təhsil Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə bütün ümumtəhsil müəssisələrindəki elektron lövhəli siniflərdə tədrisin təşkilinə diqqəti artırmalı, kompyuterlərdən təyinatı üzrə istifadəyə nəzarət olmalıdır. Məktəblərin elektron dərs vəsaitləri ilə təchiz olunması üçün təsirli tədbirlər görülməlidir.

Qeyd olunub ki, Səhiyyə Nazirliyi tabeliyində olan bütün səhiyyə-sağlamlıq ocaqlarında sanitar-gigiyenik tələblərə əməl olunmasını diqqət mərkəzində saxlamalı, əmək intizamının gücləndirilməsi üçün tədbirlər görməlidir. Həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin vaxtında dərman preparatları ilə təchiz olunması, ixtisaslı kadrların seçilib yerləşdirilməsi təmin edilməli, xəstəxanalarda quraşdırılan tibbi avadanlıqların qorunması ilə yanaşı, onlardan səmərəli istifadəyə nəzarət gücləndirilməlidir. Rayon mərkəzi xəstəxanaları qəsəbə və kəndlərdəki tibb müəssisələrinin fəaliyyəti üçün cavabdeh olmalıdır. Mədəniyyət və Turizm Nazirliyi yerli qurumlara nəzarəti artırmalıdır. İlk növbədə, mədəniyyət müəssisələrində əmək intizamı gücləndirilməli, iş və tədbirlər planlarının vaxtında tərtib edilməsinə və icrasına nəzarət artırılmalıdır. Mədəni-kütləvi tədbirlərin keçirilməsinə, əlamətdar günlərdə mədəniyyət kollektivlərinin çıxışlarının təşkilinə diqqət yetirilməli, kitabxanalarda oxucu günləri, yaradıcı ziyalılarla görüşlər keçirilməli, yaradılmış zəngin kitabxana resurslarından geniş oxucu kütləsinin istifadəsinə nail olunmalı, kənd və qəsəbələrdə əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi yüksəldilməlidir.

Elektrik enerjisi və təbii qaz təchizatında fasiləsizliyin təmin edilməsi barədə tapşırıqlar verən Ali Məclisin Sədri deyib ki, Dövlət Energetika Agentliyi və “Naxçıvanqaz” İstehsalat Birliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə nəzarət tədbirlərini gücləndirməli, vaxtaşırı reydlər keçirərək aşkar olunan nöqsanları aradan qaldırmalıdırlar. Müşavirədə digər orqanlar üçün də konkret tapşırıqlar müəyyənləşdirilib və qeyd olunub ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi ümumtəhsil müəssisələrində internet əlaqəsinin fasiləsizliyi üçün Təhsil Nazirliyi ilə birlikdə müvafiq işlər görməlidir. Yerli icra hakimiyyəti orqanları yerlərdə məişət tullantılarının vaxtında yığışdırılmasını təşkil etməli, müəyyən olunmuş ərazilərdən kənara tullantı atılmasının qarşısı alınmalıdır. Maliyyə Nazirliyi dövlət təşkilatlarında sıradan çıxmış inventarların, səhiyyə müəssisələrində tibbi avadanlıqların, həmçinin təhsil müəssisələrindəki elektron lövhələrin təmiri və ya yenilənməsi, dərman preparatlarının tibb müəssisələrinə verilməsi üçün dövlət büdcəsindən vəsaitin vaxtında ayrılmasına və ondan təyinatı üzrə istifadə olunmasına nəzarəti daha da gücləndirməlidir.

Yerli icra hakimiyyətləri Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə birlikdə reklam daşıyıcılarının, elan və digər informasiya xarakterli lövhələrin qanunvericiliyə uyğun yerləşdirilməsinə nəzarət etməli, bu sahədə mövcud nöqsanlar aradan qaldırılmalıdır. Yerli icra hakimiyyəti orqanları xidmət mərkəzlərinin təyinatına uyğun istifadə olunmasına bilavasitə cavabdehdirlər. Aidiyyəti qurumlar xidmət mərkəzlərinin qorunub saxlanılmasına, eyni zamanda, vaxtı keçmiş məhsulların satışının qarşısının alınmasına nəzarəti gücləndirməli, Dövlət Baytarlıq Xidməti xidmət mərkəzlərindəki ət satışı yerlərinin fəaliyyətini diqqət mərkəzində saxlamalıdır. Kənd və qəsəbələrdəki gözəllik salonlarının, bərbərxanaların, dərzi sexlərinin normal fəaliyyətinin təşkili məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tədbirlər görməli, kadrların hazırlanması üçün müvafiq kursların təşkil olunmasını təmin etməli, Səhiyyə Nazirliyi ilə birlikdə təmizliyə və gigiyena qaydalarına əməl olunmasına diqqəti artırmalıdırlar.

Müşavirədə bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti aparılan yerin relyefi ətraflı öyrənilməli, tikinti layihələri ciddi şəkildə təhlil olunmalı, tikinti zamanı keyfiyyətli materiallardan istifadəyə nəzarət artırılmalıdır. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün görülən işlərin operativliyi artırılmalıdır. Həmçinin aid mərkəzi və yerli icra hakimiyyəti orqanları yeni tikililərin qorunmasını daim diqqət mərkəzində saxlamalıdırlar. Mərkəzi icra hakimiyyəti orqanları yerli qurumlarının fəaliyyətinə nəzarəti daha da artırmalı, binaların, əmlakın qorunması və səmərəli istifadə olunmasını diqqətdə saxlamalı, vaxtaşırı yerli qurumlarda olmalıdırlar.

Muxtar respublikanın bank və kredit təşkilatları kənd təsərrüfatına ayrılan kreditlərin həcmini artırmalı, əkin üçün kreditlərin verilməsində operativliyi təmin etməlidirlər. Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin üçün yararlı torpaq sahələrinin səmərəli istifadə edilməsinə diqqəti artırmalı, tərtib edilmiş əkin atlaslarına uyğun əkin aparılması üçün torpaq sahiblərini mütəmadi olaraq məlumatlandırmalı, əkilməyən torpaq sahələrini müəyyənləşdirib əkin dövriyyəsinə cəlb edilməsi üçün tədbirlər görməlidir. İstifadəsiz qalmış torpaqların sahibləri ilə maarifləndirici söhbətlər aparılmalı, pay torpaqlarının könülllü birləşdirilməsi əsasında birgə təsərrüfatların yaradılmasına dəstək göstərilməlidir. Kənd Təsərrüfatı Nazirliyi “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə torpaq mülkiyyətçilərinin əkin materialları, keyfiyyətli və məhsuldar toxum sortları ilə təmin edilməsi üçün zəruri tədbirlər görməli, təsərrüfatların kənd təsərrüfatı texnikası və mineral gübrələrlə təminatının yaxşılaşdırılmasına nail olmalıdırlar.

Ali Məclisin Sədri deyib: Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi su ehtiyatlarından səmərəli istifadə edilməsi və əkin sahələrinin su ilə təchizatının yaxşılaşdırılması üçün sudan istifadə edilməsinə dövlət nəzarətini gücləndirməli, su bölgüsünə və suvarma rejiminə ciddi əməl edilməsinə nail olmalıdırlar. Təsərrüfatlarda mütərəqqi suvarma metodlarının tətbiqi təşviq edilməli, su kanalları və arxlar vaxtında təmizlənməli, su itkisi aradan qaldırılmalıdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi ilə birlikdə eroziya və şoranlaşmaya qarşı meliorativ və hidrotexniki tədbirlərin aparılmasına diqqəti artırmalıdır. Nazirlər Kabineti torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti gücləndirməlidir.

Ali Məclisin Sədri qarşıda duran vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO