Naxçıvan şəhərində abadlıq işləri davam etdirilir
Naxçıvan, 27 mart, AZƏRTAC
Naxçıvan şəhərinin Xətai məhəlləsində abadlıq işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, aparılan abadlıq və quruculuq tədbirləri burada yaşayan insanlar tərəfindən böyük minnətdarlıqla qarşılanır. Hazırda həmin məhəllənin 26, 27 və 28-ci döngələrində və digər ərazilərində səkilər salınır, rabitə və elektrik xətləri yer altına keçirilir. İndiyədək burada 1500 metr səki daşı düzülüb, 1600 kvadratmetrə yaxın kilid daş döşənib.
Qeyd edək ki, son illər Naxçıvan şəhərinin Xətai məhəlləsinin siması başdan-başa dəyişib. Burada müasir yaşayış evləri tikilib, yollar abadlaşıb və digər quruculuq tədbirləri həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [15:43]
İmişlidə bir neçə obyekt yanıb
- 23.06.2026 [13:41]
Azərbaycanda 22 rayon üzrə mövcud kombaynların 571 ədədi yenilənəcək
- 23.06.2026 [13:28]
Ötən il Şəkiyə 3,5 milyon manatdan çox investisiya qoyulub
İmişlidə bir neçə obyekt yanıb
- [15:43]
Bülbülün ev-muzeyi ilə tanışlıq
- [14:52]
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]