Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda keçirilən Göycə məhsullarının satış yarmarkasından REPORTAJ

Naxçıvan, 24 may, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində göycə məhsullarının satışı yarmarkası keçirilib. Yarmarkada göycə və göycə məhsulları ilə yanaşı, müxtəlif çeşiddə əl işləri də alıcıların ixtiyarına verilib.

AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları yarmarkada olub, iştirakçıların təəssüratlarını öyrəniblər.

Şərur rayonunun Danyeri kəndindən olan təsərrüfatçı Yaqub Həsənov yarmarkanı təşkil edənlərə minnətdarlığını bildirərək deyib: “Əvvəllər satışlarımız asan olmurdu. Festival və yarmarkaların keçirilməsi bizim satışlarımıza da müsbət təsir göstərdi. İndi yerli alıcılarla yanaşı, başqa yerlərdən gələn qonaqlar da göycə məhsullarına maraq göstərirlər. Təbii məhsullarımız əl-əl axtarılır. Çünki biz becərdiyimiz ağaclara kimyəvi deyil, təbii gübrələr veririk. Ona görə də Naxçıvan meyvələri həm dadlı, həm də insan sağlamlığı üçün faydalı olur. Məsələn, mən yarmarkaya 400 kiloqram göycə gətirmişdim. Çox qısa zamanda, bir neçə saata satıldı”.

Cəlilkənd kəndindən olan ailə təsərrüfatının gənc nümayəndəsi Vüsal Qasımzadə isə yarmarkaya daha çox göycədən hazırlanan məhsullar ilə qatıldıqlarını bildirdi. O, konservləşdirilmiş göycə mürəbbəsi, kompotu və turşusunun anası tərəfindən hazırlandığını və satışın yaxşı olduğunu qeyd etdi. Bildirdi ki, satışların təşkili üçün festival və yarmarkalar xüsusi rola malikdir. Burada satışların həyata keçirilməsi daha rahatdır. Çünki alıcıların böyük əksəriyyəti məhz belə yarmarkalara üz tutur. Digər vaxtlarda isə hazırlanan məhsullar mağazalara verilir, bəzən evdən də satılır.

Yarmarka iştirakçıların biri də Oğuz kəndindən olan Firudin Əliyevdir. Uzun illərdir bağçılıqla məşğul olduğunu deyən fermer bildirib ki, xaricdən gətirilən hibrid meyvə sortlarının məhsulları yerli növlər kimi dadlı olmur. Ona görə də muxtar respublikaya qonaq gələn hər kəs dad-tamı ilə seçilən təbii Naxçıvan məhsullarını almağa çalışır. Yarmarkada biz bunun bir daha şahidi olduq. Ailə təsərrüfatçılarına yaratdığı şəraitə görə dövlətimizə minnətdarıq.

Satılan məhsulların çeşidləri ilə maraqlanan alıcı Zəminə Abbaszadə bizimlə söhbətində bildirdi ki, yarmarkada iştirak etmək onda gözəl əhval-ruhiyyə yaradıb: “Bakıdan qonaq gəlmişəm. Sözün açığı Göycə yarmarkasının keçirilməsinə çox sevinirəm. Torpağımızın məhsulu çox dadlıdır. Naxçıvanda yetişən meyvə-tərəvəz ləzzəti ilə seçilir. Ona görə Naxçıvanın məhsullarını daha çox sevirəm. Yarmarkada müxtəlif çeşiddə məhsullar var, hamısı da bir-birindən keyfiyyətlidir".

Kəngərli rayonunun Şahtaxtı kəndindən olan təsərrüfatçı Qabil Hüseynov yarmarkada qiymətlərin münasib olduğunu deyib: “Alan da, satan da razı qalır. Dövlətimizə minnətdarıq ki, belə yarmarkalar keçirir. Mənim kimi təsərrüfatçılar öz məhsullarını rahat sata bilirlər”. Müsahibimiz vurğuladı ki, dövlət ailə təsərrüfatları üçün gözəl şərait yaradıb. Bu amil kəndlini daha yaxşı məhsul yetişdirməyə həvəsləndirir.

Övladları və nəvələri ilə çay süfrəsi ətrafında əyləşən Naxçıvan şəhər sakini Almaz Rüstəmova qeyd etdi ki, yarmarka çox yaxşı təşkil olunub. Göycə məhsulları ilə yanaşı, əl işləri də satışa çıxarılıb: “Bizim üçün də bir fürsət oldu. Gəzdik, lazım olanı aldıq. Qiymətlər bazarda olanla xeyli fərqli, münasib idi. Ailəmlə birlikdə çox gözəl istirahət etmiş olduq. Bütün təşkilatçılara minnətdaram”.

Sədərək rayonu Sədərək kəndinin sakini, qadın təsərrüfatçı, Əməkdar kənd təsərrüfatı işçisi Mehparə Hüseynova bizimlə söhbətində vurğuladı ki, ailə təsərrüfatı ilə beş ildir məşğul olur. “Ətrafıma topladığım 12 evdar xanımla birlikdə işləyirik. Birlikdə əkirik, məhsullarımızı bir yerdə hazırlayırıq. Bir ildə əldə etdiyimiz gəlirlə bir ailəyə inək, o birinə toyuq-cücə və sair almışıq. Bu şəkildə bir-iki il qazanc götürmədən özümüz üçün təsərrüfat qurduq. Hazırda işlərimiz yaxşıdır. Ötənilki festivala 157 adda 5 min ədəd məhsul çıxarmışdım. Bu dəfə də yarmarkaya xeyli məhsul gətirdik. Qovurma, çay bitkiləri, çiy yarma, doşab, sarı çiçək mürəbbəsi, ümumiyyətlə, çox fərqli çeşidlərdə məhsullar hazırlayırıq. Festivala, yarmakaya gələndən sonra işlərimizin necə maraqla qarşılandığını gördüm. Satış üçün əziyyət çəkmirik, çox rahat şəkildə məhsulumuzu müştəriyə çatdıra bilirik”, - deyə o bildirib.

Hazırda bütün mağazalarda məhsulları olduğunu deyən təsərrüfatçı sifarişlə Bakıya, Türkiyəyə də məhsul satdıqlarını deyib: “Keçən il Çindən rəngli bibərlərdən mürəbbə sifarişi almışdıq, hazırlayıb göndərdik. Satışlarımız yaxşıdır. Bütün bunlar dövlətimizin bizə yaratdığı şərait nəticəsində mümkün olur. Buna görə muxtar respublika rəhbərinə qadın təsərrüfatçıları adından minnətdaram”.

Yarmarkaya həyat yoldaşı ilə birlikdə qatılan Ordubad rayonunun Yuxarı Əndəmiç kəndindən olan Banuçiçək İsmayılova isə bildirib ki, təsərrüfat festivalları başlayandan gündən belə tədbirlərə həvəslə qatılırlar: “Festivallar bizim işimizə çox kömək edir. Əvvəllər istehsal etdiyimiz malları bazara çıxarmaqda çətinlik çəkirdik. Amma festival və yarmarkaların təşkil olunması bizi bu çətinliklərdən xilas etdi. Artıq hazırladığımız məhsulları rahat şəkildə satıb qazanc əldə edə bilirik”.

Göz oxşayan məhsullarla bəzədilmiş stendə yaxınlaşırıq. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Mahir Mustafayev bildirdi ki, nazirlik tərəfindən yarmarkaya 60-a yaxın müəllifin 600-dək əl işi çıxarılıb. Həmin əl işləri, əsasən, sağlamlıq imkanları məhdud qadınlara və uşaqlara aiddir. Məqsəd onların məşğulluğunun və maddi rifahının təmin olunmasıdır. Müəlliflər tərəfindən münasib qiymətlər təyin olunub. Məhsullar alıcılar tərəfindən çox bəyənilir.

Yarmarkada diqqətimizi çəkən məqamlardan biri də məhkumların əl işlərinin satış-sərgisinin təşkil olunması idi. Satış təmsilçisi Coşqun Ələkbərov qeyd etdi ki, şəhərdə məhkumların əl işlərini satan mağaza da fəaliyyət göstərir: “Satışdan əldə olunan gəlirlər məhkumların maddi vəziyyətlərinin yaxşılaşdırılması üçün nəzərdə tutulur. Vətəndaşların marağı çoxdur, satışlar da yaxşıdır. Məhsullarımız əsasən daş duzdan hazırlanır. Cəzaçəkmə müəssisəsində dövlət tərəfindən ildə bir neçə dəfə kurslar təşkil olunur. Məhkumlar cəlb olunur və bitirdikdən sonra sertifikat əldə edirlər. Həmin sertifikatlar cəzalarını bitirib gedən məhkumlara gələcəkdə iş tapması üçün də kömək olur”.

Qeyd edək ki, iki gün davam edən yarmarkaya 195 ailə təsərrüfatı tərəfindən 20 ton 300 kiloqramdan çox göycə məhsulu çıxarılıb. Yarmarka çərçivəsində 95 müəllifin 2 mindən çox rəsm və əl işinin satış-sərgisi də təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert