Naxçıvanda Polis Şöbəsi üçün yeni bina inşa olunur
Naxçıvan, 28 mart, AZƏRTAC
Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsi üçün yeni inzibati bina tikilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, üçmərtəbəli binada dəmir-konstruksiya və hörgü işləri görülür. İnşaat işlərində əsasən yerli tikinti materiallarından istifadə olunur. Yeni binada iş, xidmət və kompüter otaqları, bufet olacaq, müasir şərait yaradılacaq.
Tikinti işləri çərçivəsində ərazidə abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, müasir işıqlandırma sistemi qurulacaq.