Naxçıvanda yaşayan şəhid övladları Şuşaya səfər ediblər
Şuşa, 14 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin və “Cahan Şirkətlər Qrupu” MMC-nin təşkilatçılığı ilə baş tutan səfərdə məqsəd işğaldan azad edilmiş torpaqlarımızı, yurdumuzun tarixi-mədəni irsini, ecazkar təbiətini şəhid övladlarına yaxından tanıtmaqdır.
“Xarıbülbül” hotelində istirahəti təşkil edilən şəhid övladları Şuşanın tarixi, gəzməli və görməli yerləri ilə tanış olublar.