Nazir Məcnun Məmmədov Qubada vətəndaşları qəbul edəcək
Bakı, 17 iyul, AZƏRTAC
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov iyulun 21-də, saat 09:00-da Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edəcək.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid olan məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Quba Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-676-48-49) müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.
Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:49]
Qubada sürüşmə baş verən ərazidən REPORTAJ
- 16.06.2026 [18:33]
Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir
- 16.06.2026 [18:05]
Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib
- 16.06.2026 [17:55]
Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj
- 16.06.2026 [17:41]