Nazir müavini: Azərbaycanla Küveyti ortaq din, tarixi və mədəni əlaqələr birləşdirir

Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycanla Küveyt dövlətlərini ortaq din, tarixi və mədəni əlaqələri birləşdirir. Ölkələrimiz müəyyən vaxtlarda hərbi təcavüzə məruz qalıb, beynəlxalq hüququn norma və prinsipləri əsasında mübarizə apararaq öz müstəqilliklərini bərpa ediblər. Dövlət rəhbərinin müdrik siyasəti nəticəsində ölkələrimiz regional müstəvidə böyük nüfuz qazanıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev fevralın 22-də Bakıda Küveytin milli bayramı münasibətilə keçirilən tədbirdə söyləyib.
Nazir müavini bildirib ki, Küveyt dövlət müstəqilliyinin 62-ci və Küveytin azad edilməsinin 32-ci ildönümlərini qeyd edir. Azərbaycan-Küveyt əməkdaşlığının xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran Fariz Rzayev deyib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurla təmsil olunurlar.
Ölkələrimizin Şərqlə Qərb arasında ticarət əlaqələrinin inkişafında rolundan danışan nazir müavini deyib ki, Azərbaycanla Küveyt arasında iqtisadiyyat, təhsil, mədəniyyət, turizm və digər sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.
“Küveyt Azərbaycanın haqq işi uğrunda mübarizəsində həmişə onun yanında olub. Biz bunu yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycan-Küveyt münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”, - deyə Fariz Rzayev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2025 [16:26]
Əfqan Nifti: Azərbaycan Avropa və Mərkəzi Asiya arasında əsas qapıdır
- 25.04.2025 [16:23]
Zərərçəkmiş şəxs: Ermənistandan Qarabağa adam və silah daşınırdı
- 25.04.2025 [13:56]