Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb
Bakı, 27 mart, AZƏRTAC
Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. zəruri kömək göstərilir.
Hazırda tənha yaşayan 10 mindən çox yaşlı vətəndaş sosial məişət xidmətləri ilə əhatə olunub.
Həmin mövzuda nazirlik “Böyüklərimizə qayğı ilə!” videoçarxını hazırlayıb. Videoçarxla https://www.youtube.com/watch?v=B4uy-AQQhoY linki vasitəsilə tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]