NBA: “Sakramento”dan səfər, “Mayami Hit”dən ev qələbəsi
Bakı, 8 aprel, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, ötən gecə daha iki qarşılaşma təşkil olunub.
Günün ilk görüşündə “Sakramento” səfərdə “Detroit Pistons”u 127:117 hesabı ilə üstələyərək müntəzəm mövsümdə ardıcıl üçüncü qələbəsini qazanıb. İkinci matçda isə “Mayami Hit” doğma meydanda “Filadelfiya”ya 117:105 hesabı ilə qalib gələrək, iki oyunluq məğlubiyyət seriyasına son qoyub.
Bu nəticələrdən sonra “Detroit Pistons” Şərq Konfransının turnir cədvəlində 6-cı, “Mayami Hit” 10-cu, “Filadelfiya” 13-cü pillədə qərarlaşıb. “Sakramento” isə Şərq Konfransında 9-cu sırada yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [19:37]
Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum
- 27.10.2026 [18:59]
Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub
- 27.10.2026 [18:21]
Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq
- 27.10.2026 [18:01]
Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib
- 27.10.2026 [17:44]