NBA: Türkiyəli basketbolçunun komandası böyük hesabla məğlub olub
Bakı, 12 mart, AZƏRTAC
ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 6 qarşılaşma keçirilib.
AZƏRTAC xəbər verir ki, Türkiyə millisinin basketbolçusu Alperen Şengünün çıxış etdiyi “Hyuston Rokets” səfərdə “Denver Naqqets”ə böyük hesabla məğlub olub – 93:129.
Qalib komandanın heyətində ən məhsuldar oyunçu 30 xalla kanadalı Camal Mürrey olub. Kristian Braun 19, Kemeron Conson 17, Tim Harduey 14 xalla yadda qalıblar. Serbiyalı mərkəz oyunçusu Nikola Yokiç isə 16 xal, 12 ribaund və 13 məhsuldar ötürmə ilə “tripl-dabl” edib. Texas təmsilçisində isə Amin Tompson 16 xalla fərqlənib. Coş Okoqi 12, Kevin Dürant, Cabari Smit hərəyə 11, Alperen Şengün isə 10 xal toplayıb.
Matçların nəticələri
“Orlando Mecik” - “Klivlend Kavalyers” – 128:122
“Yuta Caz” - “Nyu-York Niks” – 117:134
“Sakramento” - "Şarlot Hornets" – 109:117
“Nyu Orleans Pelikans” - “Toronto Reptors” – 122:111
“Denver Naqqets” - “Hyuston Rokets” – 129:93
“Los-Anceles Klippers” - “Minnesota” – 153:128.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]
Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq
- 29.09.2026 [15:51]
Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb
- 29.09.2026 [15:49]
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:43]