“NEFTÇİ” KİYEVDƏ KEÇİRİLƏN MİNİ-FUTBOL TURNİRİNİN YARIMFİNALINA ÇIXMIŞDIR
Kiyev, 13 mart (AZƏRTAC). Martın 11-də Kiyevin Olimpiya bazasının stadionunda məşhur Ukrayna futbolçusu Viktor Kolotovun xatirəsinə həsr edilmiş mini-futbol üzrə VII beynəlxalq turnir başlanmışdır. Bu yarışlarda Ukrayna, Azərbaycan, Belarus və Rusiyanın futbolçuları iştirak edirlər. Ölkəmizi “Neftçi” futbol komandası təmsil edir.
Bakılılar iki dəfə qələbə qazanaraq, yarımfinala çıxmışlar.
Martın 12-də turnirin təntənəli açılış mərasimində Ukrayna futbolunun əfsanəvi qapıçısı Yevgeni Rudakov Azərbaycanın Kiyevdəki səfiri Tələt Əliyevə Ukrayna və Azərbaycan arasında idmanın inkişafındakı xidmətlərinə görə fəxri Kubok təqdim etmişdir.
Martın 14-də turnirin qalibləri və mükafatçıları məlum olacaqdır.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]