“Neftçi” komandası UEFA Konfrans Liqası çərçivəsində Bakıda “Beşiktaş” ilə qarşılaşır
Bakı, 10 avqust, AZƏRTAC
“Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşır.
AZƏRTAC xəbər verir ki, “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar”ın baş məşqçisi Adrian Mutu start heyətdə İvan Brkiç, Mark Tamaş, Yuri Matias, İsmayıl Zülfüqarlı, Azər Salahlı, Ataa Caber, Fərid Yusifli, Emin Mahmudov, Kenni Sayef, Kilan Lebon və Andre Şinyaşikiyə şans verib.
Şenol Günəşin komandasının ilk “11-liyi”ndə isə Mert Günok, Omar Kolli, Daniel Emerti, Umut Meraş, Valentin Rosye, Amir Haciahmetoviç, Gedson Fernandeş, Salih Uçan, Cekson Muleka, Onur Bulut və Vensan Abubakar yer alıblar.
Görüşü isveçrəli baş hakim Lukas Fandrix idarə edir.