“Neftçi” və “Qarabağ”ın baş məşqçiləri mövqelərini qoruyublar
Bakı, 30 dekabr, AZƏRTAC
Dünyanın ən yaxşı baş məşqçilərinin 2022-ci il üçün yekun reytinq siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda fəaliyyətini davam etdirən 500 ən yaxşı məşqçi yer alıb.
Azərbaycan futbol klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf və “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov ilk 500-lükdə qərarlaşıb.
Q.Qurbanov 1595 xalla 207-cidir. “Neftçi”nin rumıniyalı baş məşqçisi 1627 xalla 175-ci yerdədir. Hər iki mütəxəssis ötən siyahıdakı mövqeyini qoruyub.
İlk üçlükdə Pep Qvardiola (2194), Yurgen Klopp (2112) və Joze Mourinyo (2063) qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:19]
Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək
- 09.06.2026 [15:58]
Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb
- 09.06.2026 [15:54]
Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]