“NEFTÇİ” YENİDƏN ÖLKƏ ÇEMPİONATINDA LİDERLİYƏ YÜKSƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də ölkə futbol çempionatında 22-ci turun daha 4 oyunu keçirilmişdir.
Yevlaxda yerli “Karvan” üzərində 1:0 hesabı ilə qələbə qazanan “Neftçi” yenidən ölkə çempionatında liderliyə yüksəlmişdir. Oyunda yeganə qolu “Neftçi”nin serbiyalı futbolçusu Branimir Subaşiç vurmuşdur. Hazırda paytaxt komandasının 39 xalı vardır.
Digər görüşdə isə “İnter”in müqavimətini qıra bilməyən “Xəzər- Lənkəran” (0:0) 38 xalla turnir cədvəlinin ikinci pilləsinə enmişdir.
“Qarabağ” öz meydanında “Turan”a qalib gələ bilməmişdir. Görüş 1:1 hesabı ilə qurtarmışdır. Meydan sahibləri yalnız son dəqiqələrdə hesabda bərabərliyə nail olmuşlar. “Bakı” isə səfərdə “Gilan”nın qapısından bir cavabsız top keçirmişdir.
Xatırladaq ki, bir gün əvvəl keçirilmiş görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: “Şahdağ” - “Olimpik” - 0:0, “MKT-Araz” - “Gənclərbirliyi” - 5:1.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:37]
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]