Nepalda helikopter qəzasında 6 nəfər ölüb
Pekin, 11 iyul, AZƏRTAC
Nepalda meksikalı turistləri daşıyan helikopterin qəzaya uğraması nəticəsində 5 əcnəbi turist və bir yerli pilot həlak olub.
AZƏRTAC Nepal mediasına istinadla xəbər verir ki, özəl şirkətə məxsus helikopter yerli vaxtla səhər saat 9:45-də Solukhumbu şəhərindən paytaxt Kathmanduya yola düşəndən 15 dəqiqə sonra onunla əlaqə kəsilib. Helikopterin Comolunqma (Everest) dağına çox da uzaq olmayan Lamcura adlı ərazidə qəzaya uğradığı məlum olub. Hadisə yerinə gələn xilasedicilər helikopterdəki 6 nəfərin hamısının cəsədini aşkarlayıb.
Hələlik qəzanın səbəbləri bilinmir.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [22:45]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]