“NƏSİMİ” METRO STANSİYASI İSTİFADƏYƏ HAZIRDIR
AZƏRTAC xəbər verir ki, Bakıda inşa edilən iki yeni metro stansiyasından biri-“Nəsimi” stansiyası artıq istifadəyə hazırdır. Bakı metropoliteni rəisinin müavini, tikilməkdə olan metro stansiyaları müdiriyyətinin rəhbəri Arif Rəsulov bildirmişdir ki, hazırda stansiyada sınaq reysləri keçirilir.
Metronun yeni stansiyasının uzunluğu 310, platformanın uzunluğu isə 102 metrdir. “Memar Əcəmi” stansiyasının davamı olacaq bu stansiyasının dərinliyi 15-18 metrdir. Platformanın işıqlandırma sistemində milli ornamentlərdən istifadə olunmuşdur.
“Nəsimi” stansiyasını digər stansiyalardan fərqləndirən cəhət, qatarların hərəkətinin kompyuter sistemi ilə idarə olunmasıdır. Stansiyanın bir çıxışında eskalator, digərində isə mərmər pilləkənlər quraşdırılmışdır.
Hazırda “Azadlıq” stansiyasında da işlər davam etdirilir. Bu stansiyada beton konstruksiya işlərinin tezliklə tamamlanacaqdır. 2009-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan “Azadlıq” stansiyasından sonra “Müşfiq” stansiyasının tikintisinə başlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2026 [19:04]
Azərbaycanın sədrliyi ilə keçirilən BNF-in İllik Sammiti işini başa çatdırıb
- 08.05.2026 [19:00]
SOCAR tərəfindən IP-nin səhmlərinin alınması prosesi tamamlanıb
- 08.05.2026 [18:30]
Xızı rayonunun Fındığan kəndinin sakinləri içməli su ilə təmin olunub
- 08.05.2026 [18:23]
Vergi Xidmətinin rəis müavini vətəndaşların müraciətlərini dinləyib
- 08.05.2026 [18:17]
Azərbaycandan Türkiyəyə ixrac 786 milyon dollara yaxınlaşıb
- 08.05.2026 [18:12]