Nəsimi rayonunda ağacları qanunsuz kəsən şəxs 2900 manat cərimələnib
Bakı, 24 yanvar, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 5-ci mikrorayon, 20 Yanvar küçəsi 24 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin əməkdaşları şikayəti yerində araşdırıblar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, həmin ünvana keçirilən baxış zamanı ərazidəki yaşıllıq sahəsində yaşköküstə diametri 12-16 santimetr olan 2 ağacın kök boğazından, bir neçə ağacın isə yuxarı hissəsindən kəsildiyi aşkar olunub. Araşdırma zamanı qanun pozuntusuna fiziki şəxs Abbas Hüseynov tərəfindən yol verildiyi müəyyənləşdirilib.
Faktla bağlı A.Hüseynov barəsində protokol tərtib edilib və ona, ümumilikdə, 2900 manat məbləğində cərimə və ziyan tətbiq olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]