Netanyahu: İsrail bütün Qəzza sektorunu nəzarətə götürəcək
Bakı, 19 may, AZƏRTAC
İsrail Qəzza sektorunun bütün ərazisi üzərində nəzarəti ələ almaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu bunu Qəzza sektorunda bir gün öncə başlayan genişmiqyaslı “Gideonun arabaları” əməliyyatının gedişini şərh edərkən deyib. Onun sözlərinə görə, əməliyyatın məqsədi dəyişməz olaraq qalır - HƏMAS hərəkatının məğlubiyyətə uğradılması və Qəzzada saxlanılan israilli əsirlərin azad edilməsi.
Qəzza sektorunda gələcək fəaliyyət planları ilə bağlı sualı cavablandıran Baş nazir İsrail ordusunun hazırda orada “böyük, intensiv və güclü fəaliyyət” göstərdiyini bildirib. “Biz sektorun bütün ərazisinə nəzarəti ələ keçirmək niyyətindəyik və bunu edəcəyik”, - deyə Benyamin Netanyahu bildirib.
Xatırladaq ki, mayın 18-də İsrail ordusu Qəzza sektorunun şimal və cənub bölgələrində “Gideonun arabaları” adlı genişmiqyaslı quru əməliyyatına başlayıb. SAXAL-dan verilən məlumata görə, hərbi əməliyyatlara beş diviziya cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]
Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]